Axirəz Zamanda imanı qorumaq və onun dəyəri haqda hədislərdə nə deyilib?


Axirəz Zaman haqda Peyğəmbər (s) buyurmuşdur:
Salam olsun mənim dostlarıma?! Səhabələr soruşdular Ya Rəsulallah! Kimlərdir bizdən daha yaxın sənə?!
Peyğəmbər (s) buyurdu: Sizdən sonra bir dəstə gələcək ki, onların birinin Allah yanında dəyəri və əməllərinin savabı sizin əlli nəfərin savabı həddindədir!\"
Çünki Axır zamanda dindar qalmaq əldə od tutmağa bənzər!

Axır Zamanın əlaməltəri:
1-İslam və möminlik təkcə qalar,
2-Məscidlərin zahiri gözəlləşər, amma mənəvi cəhəti xarab olar,
3-İnsanlar dinlərini satarlar bir gündə neçə dəfə mömin və kafir olarlar,
4-Müsəlmanların arasında ümumi atmosfer küfr və dinsizlik olar,
5-Yolunu azmışlar tərəfdarlar toplayar,
6-İslam əqidələri ilə aşkarda düşmənçilik olunar,
7-Quranın həqiqətlərini eşitmək ağır gələr,
8-Bedətlər aşakar çıxar və çoxalar,
9-Halal haram olar, haram isə halala çıxarılar,
10-Alimlərin dəyəri düşər, cahillər isə alimlik edər,
Gürcüstan Ruhanilər Heyətinin üzvü, Höccətul İslam Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter