Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?


Mehdi ləqəbi Hz.Mehdinin(ə) ən məhşur ləqəbidir.Bu ləqəb əziz Peyğəmbərimiz(s) tərəfindən dəfələrlə buyurulmuşdur və Peyğəmbərdən(s) nəql edilən təqribən 89 hədisdə “Mehdi” ləqəbinin qeyd edildiyi bildirilir.“Mehdi” sözünün leksikoloji mənası “hidayət edilmiş” deməkdir.Bu söz özünün ümumi mənası baxımından bütün hidayət edilmiş insanlara aid edilə bilər.Həmçinin bütün peyğəmbər və İmamlar da uca Yaradan tərəfindən hidayət edildiklərinə görə, qeyd edilən sözün ümumi mənası onlara da şamil edilir.Ümumiyyətlə, Allah yaratdığı hər bir varlığı hidayət etmiş, ona doğru yolu göstərmişdir və bu hidayət ümumi hidayət adlanır.Lakin hədislərdə və bir çox islami mənbələrdə xüsusi olaraq vurğulanan “Mehdi” axırzaman Mehdisidir ki, onun əsil-nəsəbi və xarakterik xüsusiyyətləri də geniş surətdə açıqlanmışdır.Buna görə də belə deyə bilərik ki,Mehdi yalnız axırzamanda zühuru vəd edilən islahedici xilaskardır.Hz.Məhəmməd (s) Hz.Əliyə (ə) xitabən buyurmuşdur:“Mehdi ləqəbi ona insanları Allaha doğru hidayət edəcəyinə görə verilib”
Mənbə :Biharul-ənvar,cild 51,səh 165


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter