Nə üçün hələ də xanım Zəhranın (s) qəbri gizlin qalmışdır? Amma imam Əlinin (ə) qəbri sonralarda olsa aşkarlandı?
İlk növbədə bunu diqqət yetirməliyik ki, İmam Əlinin (ə) və xanım Zəhranın (s) qəbrlərinin gizli qalmaq səbəbləri eyni deyildir. İmam Əlinin (ə) qəbrinin uzun illər gizli qalmaq səbəbi bu idi ki, cahil və ağılsız düşmənlər o həzrətin qəbrinə ehtiramsızlıq edə bilərdilər. amma uzun illər keçdikcə nəzərdə tutulan düşmənlər (xəvaric) aradan gedir və Əhli- beyt (ə) məktəbi qüdrətlənir. Bu səbəbdən də nəzərdə tutulan hörmətsizlik ehtimalı aradan gedir. Zaman keçdikcə o həzrətin qəbri hamı üçün aşkarlanır. Bunu da qeyd edək ki, İmamın (ə) qəbri birdən- birə hamı üçün aşkarlanmır. İmamlarımız o, həzrətin qəbrini əvvəl xalis şiələrə bildirirlər. sonralar isə uzun zaman müqabilində bütün şiələrə yayılır.
Amma xanım Zəhranın (s) qəbrinin gizlin qalması. Xanımın öz vəsiyyəti əsasında idi.
Bunun da əsas səbəbi:
1). Peyğəmbərdən sonra müsəlmanların vəfasızlığı.
2). Xəlifələrin Peyğəmbərin vəsiyyətinə əməl etməməsi.
3). Müsəlmanların Peyğəmbər ailəsinə qarşı təsəvvür olunmaz dərəcədə hörmətsizlik etmələri və sair. səbəblər olmuşdur.
Əgər bütün dünya müsəlmanları Peyğəmbərin vəsiyyətlərinə əməl etməsələr, islam dininin bir çox həqiqətlərindən xəbərsiz qalacaqlar. Yəni bütün müsəlmanların İmamların xilafətinə etiqadları (inam və imanı) olmasa və buna əməl etməsələr xanımın qəbri gizlin qalacaqdır.
Məsələnin ayrı bir tərəfi də budur ki, xanımın qəbrinin gizli qalması tarixin təhrif olmasının qarşısını alır. Əgər belə olmasaydı Peyğəmbər ailəsinə zülm edənlər zaman ötdükcə etdikləri cinayətləri inkar edərdilər. xanımın qəbrinin məxfi qalması bütün nəsillərə Peyğəmbər ailəsinə olunan zülmü dəqiqliyi ilə çatdırır. Buna dair bütün faktları aşkarlayır.
Təxmini surətdə ehtimal verilən yerlərə insanlar üz tutub o xanımın (s) qəbrinin mənəviyyatından bərəkətindən bəhrələnə bilərlər. (bəqi qəbristanlığında bir neçə yerlər xanımın qəbri kimi tanınmışdır).
Amma belə demək də olmaz ki, bütün bu saydıqlarımız xanımın (s) qəbrinin gizlin qalmasının əsas səbəbidir. Mümkündür bəzi səbəblər olsun ki, biz ondan xəbərsiz olaq.