Səhih Buxari mötəbər kitabdırmı? Nə üçün səqəleyn hədisi orada yoxdur?


Əlbəttə bu o demək deyil ki, əgər bir rəvayət səhih Buxaridə yoxdursa, deməli o hədis heç cür etimadlı deyildir. Belə ki, əhli- sünnətin özü də belə əqidəyə sahib deyildir. əgər belə olmasaydı bir çox fiqhi, kəlami vəs elmlərdə bu kitabın rəvayətlərindən savayı istəfadə edilməz və digər rəvayət kitablarını arxivə qoymaq lazım gələlərdi. Amma alimlərin kitablarını oxuduqdan sonra məlum olur ki, onlar müxtəlif mənbələrə istinad etmişlər.
Digər tərəfdən əhli- sünnət səhih Buxaridə olan btün rəvayətləri qəbul edə bilməzlər. Çünki Quranın dəyişilməsi barəsində olan rəvayəti də qəbul etməli olarlar. [1]
İzah edilənlərdən sonra qeyd edə bilərik ki, doğrudur ki, səhih Buxari öz kitabında səqəleyn hədisinə işarə etməmişdir, amma bu kitabda bu hədisin olmaması onun etibarlılğına heç bir zərər yetirmir. Çünki bu hədis digər səhihlərdə və onların digər mötəbər kitablarında vardır. Misal üçün onların bəzisini qeyd edirik:
1. Səhih Termizi, cild 5, səh 328, hədis 3874.[2]
2. Səhih Mslim, cil 7, səh 123.[3]
3. Sünən Darimi, cild 2, səh 432.[4]
4. Musnəde Əhməd bin Hənbəl, cild 3, səh 14, 17, 26 və 59: cild 4, səh 371.[5] (Qeyd etmək lazımdır ki, bu kitabın təlif olunma tarixi də əhli- sünnətə görə çox dəyərlidir və Səhih Buxarinin yazılışından öncə yazılmışdır.).
Digər tərəfdən Hakim Nişaburi “əl-Mustədrəku ələl səhiheyn” kitabında (səhih Buxari və səhih Müslimin təklmilləşdiricisidir) bu hədis və onun sənədi barəsində belə qeyd edir: “Bu hədis şeyxlərin şərtinə görə səhihdir. Amma onlar öz kitablarında bunu qeyd etməmişlər.”[6] (Əlbəttə Müslim bu hədisi digər sənədlə öz səhihində qeyd etmişdir).
Buna görə onu qeyd edə bilərik ki, Buxari bu hədisi sənədinin zəif olmasına görə yox, bəzi siyasi və məzhəbi təəssübkeçliyinə görə bu hədisi qeyd etməkdən çəkinmiş olmalıdır.

[1] - Bu barədə sual 3888 (sayt: 4447) – a müraciət edə bilərsiniz.
[2] - Darul fikr, Beyrut 1403 h.q.
[3] - Darul fikr, Beyrut.
[4] - Mətbətul etidal, Dəməşq
[5] - Darul sader, Beyrut.
[6] - Cild 3, səh 148, darul mərəfə, Beyrut, 1406 h.q.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter