İmam Əlini (ə) kim və nə baxımdan yer üzünün dördüncü xəlifəsi adlandırmışdı?
İmam Əli (ə) həmişə Peyğəmbərlə (s) bir yerdə olmuş və İslam yolunda hər bir fədakarlığı əsirgəməmişdir. Bir gün Peyğəmbərə (s) buyurur: \"Ey Allahın Rəsulu! Bir dəfə Mədinə yolunda uzun boylu bir kişi ilə rastlaşmışdıq. Bu uzun boylu kişi böyük bir ehtiramla Peyğəmbərə (s) salam verir və halını soruşur. Sonra üzünü mənə çevirib, deyir: \"Allahın salamı sənə olsun, ey dördüncü xəlifə”. Sonra Peyğəmbərə (s) baxıb dedi ki: \"Məgər belə deyildir?”.
Həzrət Peyğəmbər (s) də onu təsdiq edir. Sonra bu qoca kişi çıxıb getdi. Onun siması çox nurlu idi və necə də böyük bir şəxsiyyət idi. Məni niyə dördüncü xəlifə adlandırdı? Ey Peyğəmbər (s)! Bu qoca kişinin dedikləri nə idi? Siz də onu təsdiq etdiniz”. Həzrət Peyğəmbər (s) buyurdu: \"O, düz söz deyirdi. Həqiqətən, sən onun dediyi insansan. Allah Quranda buyurur: \"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». (\"Bəqərə” 30). Birinci xəlifə Həzrət Adəm (ə) idi. Quran buyurur: \"(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik”. (\"Sad” 26). İkinci xəlifə Həzrət Davud (ə) idi. Quran buyurur: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma». (\"Əraf” 142). Harun üçüncü xəlifə idi.
Quran buyurur: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)» (\"Tövbə” 3). Allah və Peyğəmbəri (s) tərəfindən elan edən sənsən! Sən Vəsi və vəzirsən! Sən mənim üçün Harun Musa (ə) üçün nə idisə, osan. Ancaq məndən sonra peyğəmbər gəlməyəcəkdir. Ona görə də bu hündür boylu qoca kişi səni dördüncü xəlifə adlandırmışdı! Bilmək istəyirsən ki, o kimdir?”. İmam Əli (ə) buyurdu: \"Bəli!”.
Həzrət Peyğəmbər (s) buyurdu: O, sənin qardaşın Xızr (ə) idi”. Deyerler.org)