Mömin hansı xüsusiyyətləri ilə imtahana çəkilər?


Peyğəmbər (s) hədisində belə gəlmişdir: \"Mömin şəxs bu üç xüsusiyyətinə görə ağır imatahana çəkilər. Deyildi: O üç xüsusiyyət hansılardır? Buyurdu: 1-İmkanı həddə mömin qarşdaşına maddi köməyini əsirgəməməsi, 2-Rəftarlar və sözlərində insaflı olmağı unutmamalı və insanların haqlı olmasını bəzi hallarda qəbul etməsi, 3-Hər halda Allahı yada salmalı, (xüsusən də haramlarla üz-üzə qalanda Allaha qarşı təqvalı olmalıdır).

Bu üç xüsusiyyətə insanın daxili üç istəklərinə ziddir:
a) dini qardaşa kömək etmək nəfsani istəklərin ziddinə addımlamaqdır,
b) İnsaflı olmaq insanın daxili özünü bəyənmə xüsusiyyətinə zid addımlamaqdır.
c) Allahı hər anda yada salmaq isə, özünü tanıtdırmaq istəyi ilə zidd addımlamaqdır.

Bu üç xüsusiyyətin nümunələri:
a) Mömin qardaşına kömək etmək,
1-Hər bir müsəlmanın və mömin şəxsin dini qardaşına qarşı çox sayda borcları və haqqları var. Bu haqda bir neçə hədisə işarə edirik:
İmam Sadiq (ə) Muəlla ibn Xənisə buyurur: \"Hər müsəlmanın dini qardaşına nisbətdə 7 yeddi vardır ki, onların ən azı odur ki, özünə bəyəndiyini onun üçün də bəyənəsən, özün üçün istəmədiyni isə ona etməyəsən\".

b) Cəmiyyətdə insaflı olmaq, yəni başqalarının haqqlarını qorumaq onun üçün özünün xeyir və ziyanlarına razı olmaq deməkdir. İnsafsızlıq isə böyük çəkişmələrə səbəb olan amildir. Necə ki, İmam Əli (ə) buyurur: \"İnsaflı olmaq ixtilafları aradan qaldırar və nəticədə isə vəhdət və birlik yaradan amildir\".

c) Hər halda Allahı yadd etmək, yəni təkcə dillə xatırlamaq deyil, Allahın haramlarını edən zaman Onun gördüyünü bilmək və əməl etmək, eləcə də vaciblərinə səhlənkar yanaşdıqda isə onun hesab-kitabının qiyamət ağır olmasına inanaraq səhlənkarlığı kənara qoymaq. (Vəsail əş-Şiə kitabı, cild: 8, səh: 415.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter