Pozitiv düşünməyin həyatımıza qoyduğu 7 təsirləri nələrdir?
Əgər qəbul etsək ki, insanı xoşbəxt edən amil daxilidir, o zaman daha çox nikbin olmağa can atarıq. Şadlanmaq – müsbət hisslərdir ki, məmnun olmaq hissindən irəli gəlir. (Tebyan)
Allah ibadətin dünya və axirət faydaları vardır. Hədislərimiz buyurur ki, ibadətin iki növ təsiri mövcuddur: biri xüsusi ibadətə görə olan xüsusi təsirdir, namaz kimi - insanı günaha batmaqdan qoruyur. Allah Təala buyurur: “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldədə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. (“Ənkəbut” 45).
O biri təsiri ibadətin özünə və bəndəliyə qayıdır, xüsusi ibadətə deyil. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı güman, yaxşı ibadətdən mənbələnər”. Yəni, o kəs ki, Allah bəndəsi olar, ibadət ruhunu dadar, Allaha və Allah bəndələrinə qarşı bədgüman olmaz.
Necə ki, yaxşı ibadət yaxşı gümana gətirib çıxardar, nikbin olmaq və müsbət düşünmək də pərətişin yaxşı olmasına gətirib çıxardar. İmam Sadiq (ə) buyurur: “Allah Təala Həzrət Davuda (ə) vəhy edir: “Mənim batini və zahiri nemətlərimi bəndələrimin yadına sal. Çünki onlar nə zaman Mənim nemətlərimi xatırlasalar, Məndən yaxşılıqdan başqasını görməzlər. Gələcəkləri də keçmişdəkiləri kimi olar””.
Müsbət düşünməyin gətirdiyi nəticələr:
1. Fikir rahatlığı. İztiraba səbəb olan amillərdən biri - bədgümanlıqdır. Lakin nikbinlik və etimad etmək daxili qorxunu aradan aparar. İmam Əli (ə) buyurur: “Nikbinlik - ürəyin rahatlıq və dininin salamat qalmaq mənbəyidir”.
2. Qəmi aradan aparar. Nikbinliyin müsbət təsirlərindən biri də qəmi aradan aparmasıdır. İmam Əli (ə) buyurur: “Nikbinlik qəmi yüngül edər”.
3. Məhəbbət yaradar. Nikbinliyin sevgi yaratmaq gücü böyükdür. İmam Əli (ə) buyurur: “Hər kim insanlara qarşı nikbin olar, onların sevgisini özünə tərəf cəlb edər”.
4. Günahdan çəkinmək. Bədbinlik həm özü günahdır və həm də bəzi günahların amilidir. Qeybət, töhmət, böhtan kimi. Əksinə, nikbinlik insanı günahdan saxlayar. İmam Əli (ə) buyurur: “Hüsni-zənn günah davamçısına nicat verər”.
5. Ruhu sağlam olar. Əgər insanlar nikbin olsalar, başqalarının danışıq və rəftarını yaxşı təfsir etsələr, daha az bədgüman olarlar. Halbuki, bədgüman olan fəzada rəftar və danışıqlar tamamilə başqa cür təfsir olunar.
6. Şad olmaq. Əgər qəbul etsək ki, insanın xoşbəxt olması batinindən qaynaqlanır, o zaman nikbinlik ilə şadlıq arasında olan rabitəni dərk edə bilərik.
7. Səbir və hövsələ. Hər kim nikbin olarsa, səbiri çox olar.
İmam Rza (ə) buyurur: “Hər kim Allaha nikbin olsa, Allah da onun gümanına uyğun onunla rəftar edər”. Deyerler.org