Müvəffəq həyat yoldaşı olmaq üçün sadə addımlar nələrdir?
Bütün kişi və qadınlar istəyir ki, bir-biri ilə səmimi rabitə qursunlar. Lakin bu hədəfə çatmaq yollarını bilmirlər. Bəzən də elə düşünürlər ki, bu, əlçatmaz bu hədəfdir. Mütəxəssislərin bizə tövsiyə etdiklərinə işarə edək:
1. Gözləntiniz olmadan bir-birinizin yanında yaşayın. Əgər həyat yoldaşınızdan gözləntiniz olmasa, onun sizi şad etmək üçün etdiyi hər bir səy sizin üçün qiymətli olar. Təsəvvür edin ki, həyat yoldaşınız istəyir ki, siz ona gündə bir neçə dəfə zəng edəsiniz. Siz əgər bu işi görməsəniz, nə hiss keçirərsiniz? Əlbəttə, bu məcburi hiss heç kəs üçün xoşagələn deyildir. Heç kəs bu hissi keçirmək istəməz. Müvəffəq evlilik zamanı isə hər iki tərəf çalışar ki, qarşı tərəfi məcburiyyət olmadan şad etsin. Onların bir-birindən bu cür gözləntisi yoxdur.
2. İradlarınızı aradan qaldırın. Həyat yoldaşınıza irad tutmazdan əvvəl, öz eyblərinizə diqqət edin. Əlbəttə insanlar sevirlər ki, öz eyblərini deyil, başqalarının eybini görsünlər. Lakin müvəffəq cütlər yaxşı bilir ki, öz eyblərini aradan qaldırmadan, qarşı tərəfə irad tutmaq olmaz. İnsanların bəzisi isə bu eyblərini hətta inkar belə edərlər. Ona görə də hər bir münaqişədən əvvəl öz rəftarınıza nəzər salın və onun nə qədər düz olduğuna diqqət edin. Əgər həyat yoldaşınızın eybinə həddən artıq nəzər salsanız, tənqid edən bir insana çevrilərsiniz ki, bu zaman sizinlə yaşamaq xoşagələn olmaz.
3. Sakitliyinizi qoruyun. O zaman ki, həyat yoldaşınız hansısa işi ilə sizi narahat edirsə, fasiləsiz reaksiya göstərməyin. Əgər əsəbi şəkildə reaksiya verərsinizsə, işi daha da pisləşdirər. Bu zaman səbirli olmaq lazımdır. Özünü kontrol etmək çox mühümdür.
4. Özünüzü unutmayın. Bəzi insanlar ailə qurandan sonra özlərini unudurlar. Elə bilirlər ki, evlilik özünü unutmaqdır. Halbuki, mütəxəssislər deyir ki, qadınla kişi gərək özü barədə düşünsün. Şəxsi həyatında inkişaf etmək üçün səy göstərsin.
5. Həyat yoldaşınızın ehtiyaclarına qarşı həssas olun. Hansı şəraitdə olursunuzsa-olun, həyat yoldaşınızın ehtiyaclarına diqqət edin. Bir-birinizlə söhbət etmək üçün vaxt ayırın. Bir-birinizə müxtəlif suallar verin və bu yolla halından xəbərdar olun. İcazə verməyin ki, gündəlik işlər sizi ondan uzaqlaşdırsın. zuhurdogru.com