İmam Zaman ağa (ə.f) hansı ailəni bəyənir?


Ailə öz etiqad üsulu ilə sabahkı cəmiyyətin etiqadını müəyyən edər. Evin rəhbəri olan ata gərək İlahi riza yolunda səy göstərsin və Vəliyyi-Əsrini (ə.f) tanıyıb, ona itaət edən olsun. Əgər ata və ana İmam Zaman ağanın (ə.f) razılığını əldə etmək üçün səy göstərərsə, İmamın (ə.f) ruhu həmin ailədə təcəlli edər.
Məhdi (ə.f) ailəsi o ailədir ki, İmam Zamanın (ə.f) varlığını dərk edərək, rəftarlarını onun razılığını əldə edəcək şəkildə tənzim edərlər. Hədəfləri - İmamın (ə.f) hədəfi olar, ibadətləri - İmamın (ə.f) ibadətinə bənzəyər, bəndəlikləri - İmamın (ə.f) bəndəliyini yada salar.
İnsan istəsə də, istəməsə də Allahın müəyyən etdiyi yolda hərəkət etməlidir. Dəyişiklik elə bir məsələdir ki, cəmiyyətin hər bir üzvünə təsir qoyar. Bəzən bu dəyişiklik iradəvi olur və ailənin hər bir üzvü ciddi şəkildə Allahın əmlərini yerinə yetirər və bu dəyişikliklər qarşısında süst olmaz. Bu, o zaman olur ki, ailə üzvləri Allahı, Peyğəmbəri (s) və Məsum İmamları (ə) tanıyırlar. Belə bir ailə bilir ki, İmam Zaman ağa (ə.f) onlara nəzər salır və onların halından xəbərdardır. Bu biliyə malik olan insan bəndəliyini də layilqi şəkildə yerinə yetirər və cəmiyyətə təhvil verdiyi övladlar da saleh olar. Bu ailə iqtisadi və ictimai böhranlardan xilas olar və səbir məqamına malik olar.
İslam dedikdə, Quran və Əhli-Beyt (ə) nəzərdə tutulur. İslam dininin əsasında Allah rizası durur. Haqq yolu ilə həqiqətə çatmaq. Ona görə də hər bir müsəlman öz qidasına diqqət edərsə, öz ruzisini halallığına diqqət edərsə, mötədil olmağa çalışarsa, infaq edərsə, İmama (ə.f) layiq müsəlman ola bilər.
Əgər yediklərimiz Allahın bəyəndiyi olarsa, əgər ətrafımızda olan insanlara qarşı laqeyd olmarıqsa, əgər ibadətimizdə təvazökar olarıqsa, ruhi rahatlığa və ürək əminliyinə çatarıq. Çünki biz pak qidalarla bədənimizi gücləndirib ruhumuzu paklaşdırarıq və bu zaman da hər bir əməlimizə nəzarət edər və İmamın (ə.f) bəyəndikərini etməyə çalışarıq.
Beləliklə deyə bilərik ki, əgər ailəmizin Həzrət Məhdiyə (ə) layiq olmasını istəyiriksə, gərək onun bəyəndiyi və razı qaldığı işlər görək, rəftar nümayiş etdirək. Bu yolda ailənin rolu mühümdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter