Loğman (ə) necə hikmətli şəxsiyyətə çevrildi?


Loğmanın (ə) həyatında əsas məsələ budur ki, belə bir şəxsiyyət hikməti qazanmaqda hansı sektora malik idi. Başqa sözlə desək: Bu suala cavab vermək lazımdır ki, Loğman nə əməl sahibi idi ki, Allah Taala onu hikmət nemətindən bəhrələnməyi nəsib etdi? Əgər bu sirr açılsa başqaları da öz zamanlarında Loğmanın sünnətinə əməl etməklə bu məqama nail ola bilərlər.
Bu sualın qısa cavabı budur ki, Hikmət nuru, ilahi sünnətə söykənərək özünə məxsus başlanğıc əməllərə bağlıdır. Onların ən əsası: İman, ixlas, saleh əməl etmək, zahidlik və halalı ruzidən istifadədir.
Hikməti qazanmağın ən əsas reseptini qısa İmam Əli (ə) kəlamında tapmaq olar. İmam Əli (ə) buyurur: “Hər kim qırx gün ixlasla əməl etsə, halal yesə, günləri oruc tutsa, gecələri oyaq qalsa, Munəzzəh Allah, onun qəlbində olan hikmət bulaqlarını dilinə axıdar”. “Mustənəde Zeyb İdn Əli” kitabı, səh: 384
Suala geniş cavabımiz isə belə olacaq:
Peyğəmbərimizin hədisində belə gəlmişdir: “Haqq olaraq deyirəm:Loğman (ə) peyğəmbər olmamışdır; o düşüncəli bəndə olmuş, əlbəttə bəyənilən yəqinə çatmışdı, Allahı sevirdi və Allah da onu sevirdi. Allah ona hikmət verməklə, minnət qoydu”.
Başqa bir tarixi məlumatda gəlmişdir:
Loğman Həkimin qarşısında bir kişi dayandı və ona dedi: Sən Loğmansan? Sən Bəni Nəhasinin köləsisən?
Loğman cavab verdi: Bəli! O dedo: Pəs sən elə o qara çobansan?
Loğman dedi: Qara dəriliyim ki aydındır! Mənim haqqımda belə təəccüblənməyinə nə səbəb oldu?
O kişi dedi: Məni təəccübləndirən odur ki, camaat sənin evinə dəstə-dəstə axır, sənin yanına cəmləşib sənin sözünü dəyərli söz olaraq qəbul edirlər.
Loğman (ə) dedi: Qardaşoğlu! Əgər sənə dediyim işləri görsən, sən də mənim kimi olarsan.
Dedi: Nə iş?
Loğman dedi: Gözünü haramdan qoru, dilini günahlardan qoru, yeməklərini halal et, ətəyini iffətli et, əhdinə vəfalı ol, əhdinə əməl edənlərdən ol, qonaqpərvərlik et, qonşunu qoruyan ol, sənə aid olmayanlardan uzaq dur, Bunları ki, məni görüdüyün kimi etdi.
“əl-Bidayə və əl-Nihayə, cild: 2, səh: 124; İbn Kəsir Təfsiri, cild: 6, səh: 337.
Başqa bir tarixi məlumatda oxuyuruq:
Loğmana deyildi: Sən filan qəbilənin köləsi deyilsən?
Dedi: Niyə ki, elə olmasın!
Deyildi: Nə işlər gördün ki, bizim gördüyümüz məqama çatdın?!
Dedi: düz danışmaq, əmanətdarlıq, mənə aid olmayan işlərdən uzaq durmaq, dilimi qorumaq, yeməyimin paklığı və halallığı. Bundan sonra hər kim bu əməllərdən az etdisə, mən aşağıdakı məqamda qaldı. Hər kim bu əməllərdə öncül oldusa məndən öncə keçdi. Hər kim mənim kimi əml etdisə mənim məqamıma çatdı.
“Tənbihul Xəvatir” kitabı, cild: 2, səh: 230; Bihar əl-Ənvar, cild: 13, səh: 21.
İmam Sadiq (ə) Loğmanın hikmətə sahib olma məqamına çatması haqda belə buyurur:
Ey camaat! Allaha and olsun ki, Loğman nəslinə, var-dövlətinə, ailəsinin genişliyinə, güclü cüssəsinə və gözəlliyinə görə hikmətli şəxs olmaq məqamına çatmadı. Loğman (ə) Allah yolunda günahlardan çəkinmək yolunda çalışmaqda güclü şəxs idi. (Loğman -ə- xüsusiyyəti) (O)- sakin və sakit, fərasətli və dərin düşüncəli, incəbaxışlı və ibarətalan şəxs idi. Onu heç kim yatan halda, ayaq yoluna gedən, o fərasətli baxış və şübhəli məsələlərə qarşı ehtiyatla üzləşərdi. Qorxu üzündən heç zaman bir şeyə gülmədi, əsəbləşmədi. Heç kəslə zarafatlaşmadı. Dünya malından bir şey əlinə yetişəndə sevinmədi, əldən verdikdə isə narahat olmadı. Evləndi və çox uşaqları oldu. Onların dağını gördü, amma tuğyan etmədi. İki düşmən arasında qarşıdurmanı gördükdə onların arasında anlaşa və dostluq yaratdı. Gözəl söz eşidəndə onun kim dediyin və mənasında soruşdu. Huquqşünas və hikmətli insanlar çox get-gəl edərdi. Qazi, hökmran və şahlarla baş çəkərdi. Qazilərə şəfqət edərdi. Şah və hökmranlara isə Allahı yaddan çıxardıqlarına görə kömək və ürək yandırardı. Hadisələrdən ibarət götürd və öyrəndikləri vasitəsi ilə nəfsi ilə mübarizə etdi. Düşüncə ilə qəlbini, ibrətlə canını şeytani hiylələrdən qorudu. Heç bir yerə çıxmazdı, çıxdıqda isə ehtiyacını həll etmək üçün gedərdi. Bu xüsusiyyətlərinə görə o şəxsə hikmət və günahdan qorunma biliyi verildi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter