Loğman Həkimin (ə) peyğəmbər idi yoxsa yox?
Loğman (ə) peyğəmbər idi yoxsa yox?
Alimlərdən bir neçəsinə bu məlumat nisbət verilib ki, onlar Loğmanı (ə) peyğəmbər (ə) olaraq qəbul etmişlər. “əs-Sələbi” təfsir kitabında gəlmişdir: “Alimlər bu tarixi məlumatı qəbul ediblər ki, Loğman (ə) hikmətli bir şəxs olub, amma peyğəmbər (s) deyildi. Səhabə dostu olan İkrəmədən başqa ki, deyir: “Loğman (ə) peyğəmbər olmuşdu” və o bu baxışında yeganə şəxsdir.
Təbrəsi Məcmə əl-Bəyan təfsir kitabına deyir:
“Loğmanın məqamı haqda, fərqli baxışlar var. İbn Abbas, Mucahid, Qutadə, çox sayda təfsirçilər bu məlumatı qəbul edirlər ki, o hikmətə sahib olub, peyğəmbər (s) deyildi. İkrəmə, Suddə və Şəbidən nəql olunur ki, Loğman peyğəmbər idi”.
Əhli Beyt (ə) dəqiqliklə Loğmanın peyğəmbər olmasını inkar etmişlər. Necə İslam peyğəmbərimizdən nəql olunub: “Həqiqət budur ki, Loğman (ə) peyğəmbər deyildi”.
Loğman (ə) haqqında dastan: İslam Peyğəmbərinə (s) belə bir rəvayət nisbət verilir: “Əziz Peyğəmbər (s) buyurmuşdu: “Həqiqət budur ki, Loğman peyğəmbər deyildi. Lakin iradəli, düşüncəli, xoş niyyətli, Allah bəndəsi olmuşdur. Nəticədə Allah onu bu xüsusiyyətlərinə görə sevirdi. Və hikməti ona hədiyyə etdi. Bir gün Loğman (ə) günorta yatmışdı. Anidən Allahın yer üzündə xəlifəliyini qəbul etməyə dəvət olundu: Ey Loğman! İstəyirsən Allah səni yer üzündə xəlifə seçsin, bu məqama çatmaqla camaat arasında hökm edəsən?.
Loğman oyandı və bu sualın cavabında dedi: Əgər Yaradanım məni bu işlə öhdələndirsə, qəbul edərəm; çünki bilirəm əgər mənə bu vəzifəni versə dadıma yetişərək biliyimi artırar və səhvlərədn qoruyar. Amma əgər məni ixtiyar sahibi etsə, rahat yaşayışı seçərə və ağır imtahanı qəbul etməkdən uzaq duraram”.
Loğman ki, mələkləri görmür amma səslərini eşidirdi, səs vasitəsi ilə ona dedilər: Ey Loğman! Niyə belə cavab verdin?!
Dedi: Qəzavət edən hakim ən çətin və ağır vəzifədə yer alar ki, zülm hər dörd tərəfdən ona hücum gətirər. Zəlil olar və ya kömək olunar. Əgər düzgün qəzavət etsə nicat tapmasına ümid var, əgər qəzavətində səhvə yol versə behiştin yolunda səhv addım atmışdır. Hər kim dünyanı axirət qarşısında seçsə dünya onu sınağa çəkər. Amma axirət şahlığına çatması çətin olar”.
Mələkələr onun sözündən heyrətə gəldilər. Loğman (ə) bir anlıq yatdı və bütün varlığı hikmətlə doldu. Bu dastandan sonra hikmətli sözlərə sahib oldu.
Ondan sonra Davud (ə) Allahın xəlifəsi olaraq yer üzündən seçildi. Loğman (ə) biliyi və hikmətli sözləri ilə ona kömək etdi. Davud (ə) ona dedi: “Xoş sənin halına, ey Loğman! Sənə hikmət verildi və bəlalar səndən uzaqlaşdırıldı; amma Davuda xilafət verildi və mürəkkəb imtahanlara düşdü”.
Nəticə: Həzrət Loğman (ə)-a nisbət verilən nübuvvət məqamı haqda belə demək daha doğru olardı: Loğman (ə) xəbər sahibi olan qeybə əlaqəli bir şəxs olmuş və biliyini deməyə vəzifələndirilməmişdi.