Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar?
Tehranın əzəmətli əxlaq və hövzə ustadı olan mərhum Ayətullah Muctehidi Tehrani həzrətləri valideynin dəyəri haqda belə buyurmuşdu:
\"Diqqətli olun ki, valideynin üzünə qayıtmayın! Ata-ana sizlərə nifrin etməsinlər. Heç zaman onlara qarşı pis baxışla baxmayın. Bəzən mümkündür ki, atanızın əsəbi narahat olmuş ola və sizin üstünüzə çığırsınlar. Siz gedin onun əlindən öpün və üzr istəyin ki, onu narahat etməkdə nəsə etmiş olarsınız. Baxmıyaraq ki, onun səhv olduğunu bilirsiniz. Siz elə təsəvvür yaradın ki, siz günahkarsınız və deyin: Atacan, anacan, mənim gunahımdan keçin. ... Bu əməlinizlə sizlərə böyük ilahi lütflər nazil olar. O dəstə insanlar ki, valideyinləri onlardan razı olmuşdu əllərini nələr vurmuşlar qızıla çevrilmişdir! Və o dəstə insanlar ki, valideyinləri onlardan naraza qalmışdı əllərini hər nə işə uzatsalar da qaplar üzlərinə bağlı qalmışdı! Mümkündür ki, diriliklərində sizlərdən razı olmuşlar, indiki dünyadan getmişlər onlar üçün xeyir və ehsanat edirsinizmi?! Hər gecə-gündüz vaxtında bir dəfə belə olsa əlləri xeyir əməldən üzülmüş valideyninizi quranla yad edin! (Bu əməlin ki xərci yoxdur). Əgər onları yadd edəsən və ziyarətlərini unutmayasan işlərin xeyirli və bərəkətli olar!
İlahi öz bəndəliyində və valideynə xidmətdə bizləri müvəffəq et. Amin!