Başqalarının abrını tökmək Allahla muharibə deməkdir!


İnsanların abrı ilə oynamaq Allahın qəzəbinə səbəb olar!

Ayətullah Məzahiri buyurur: Təhqir etmək və insanların abrı ilə oynamaq, Allahla müharibəyə başlamaq deməkdir.
Quranın maariflərində deyilir: 5 məkan Allah dərgahında çox dəyərli və hörmətlidir hər kəs ona qarşı təhqiramiz hərəkət etsə Allahın qəzəbinə düçar olmuş şəxs olar:

1-Allahın Rəsulu (s) və bütün peyğəmbərlərin (ə) məqamına hörmətsizlik,

2-Allah Rəsulunun (s) Əhli-Beytinə (ə) hörmətsizlik,

3-Allahın kitablarına və qanunlarına hörmətsizlik xüsusən də Qurani Kərimə.

4-Allahın müqəddəs evləri arasında seçilmiş Kəbə evinin məqamına hörmətsizlik,

5-Möminin şəxsiyyəti və abrı ilə oynamaq bağışlanmayan gunah və Allahın qəzəbinin nazil olmasına səbəb olandır.
Allahın görməsinə inamlı olanlar bu işi görməzlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter