İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri nələrdən ibarət idi?


İmamın (ə) əsas fəaliyyətləri

1). Mümkün qədər şiələr ilə əlaqələrin zahirdə azaldılması və \"təqiyyə\".

2). Şiələri müxtəlif yollarla maddi baxımdan himayə etmək.

3). Şiələrin siyasi, ictimai və dini məsələlərinə \"vəkillər şəbəkəsi\" vasitəsilə nəzarət etmək – (Məhəmməd bin Əhməd bin Cəfər; Cəfər bin Süheyl Əs-Siqəl).

4). Əhl-Beyt (ə) maarifini yaymaq üçün istedadlı şagirdlərin tərbiyə olunması – (İmamdan (ə) 149 nəfər vasitəsiz hədis nəql edib).

5). Şiələri İmam Mehdinin (ə.f) qeybət dövrünə hazırlanması.

6). Şiələrin tanınmış və nüfuzlu şəxsləri ilə görüşərək onların \"Qeybət\" dövrü barəsində olan şübhələrini ortadan qaldırmaq və bu barədə imanlarını gücləndirmək.

7). İmam Mehdi (ə) üçün xüsusi naiblərin hazırlanması.

8). Batil firqələrlə mübarizə və şübhələrə cavablar... və... s.

Bütün bunlar göstərir ki, İmamların hamsının bir müştərək cəhəti olmuşdur ki, bu da zalim və zülm ilə mübarizə və insanları bu istiqamətdə maarifləndirməkdir. Amma şəraitə uyğun olaraq mübarizə və maarifləndirmə müxtəlif şəkillərdə həyata keçirilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter