Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər hansı vəziyyətdə məhşur olarlar?
Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər qiyamətdə bu vəziyyətdə gələrlər:
Həzrət Rəsulullah (s) buyurur: Hər kəs bu dəstə günahları etmiş olsalar bu vəziyyətdə məhşur olar:
1-Söz gəzdirənlər, meymun simasında,
2-Haram yeyənlər donuz simasında,
3-Sələm yeyənlər, sabit qədəm olmayan halda,
4-Qəzavət etməkdə zülm edənlər, kor halda,
5-Özündən razı və özünü bəyənən şəxs, lal və kar halda məhşur olarlar.
6-Əməlsiz alim və qazilər, dillərini çeynəyən halda və eləcə də ağızlarından çirk gələr ki, onun iyi bütün insanları narahat edər.
7-Qonşulara əziyyət edən şəxs, iylənmiş murdardan pis iyiyə sahib olan halda,
8-Zalimlərin yanında xəbərçilik edən, alovlu paltar geyinmiş və göyrəmiş misin bədəninə yapışmış halda,
9-Allah haqqını ödəməkdə maneçilik törədənlər, əl və ayaqlarının kəsilmiş halda məhşur olarlar.
10-Təkəbbürlü olanlar, yanğın ağaclara asılmış və yapışmış halda məhşur olarlar.
Vəsail əş-Şiə hədis kitabı, cild: 11, səh: 513.