İnsan ömrünün uzanmasına səbəb olan amillər nələrdir?


İnsan ömrünün uzanmasına səbəb olan amillər:

İnsna ömrünün uzanmasına səbəb olan amillər iki dəstəyə bölünür:

A) Təbii səbəblər:

1-Düzgün qidalanmaq, ifrat və təfritdən çəkinmək,

2-Davamlı olaraq işləmək və hərəkətdə olmaq,

3-Narkotik və xətərli adətlərlərdən uzaqlaşmaq,

4-Çirklənmiş havadan uzaqlaşmaq,

5-davamlı həyacanlardan uzaq durmaq,

B) Amma mənəvi amillər:

Ömrü uzadan mənəvi səbəbələr insan şüuru üçün aydın bir məsələ deyil. Amma nöqsansız ilahi kitab olan Qurani Kərim və məsumların sünnətlərində bəzi ibadi əməllər tövsiyə olunur ki, onları etməklə insan öz ömrünü uzatmağa kömək etmiş olur. Mənəvi amillər ibarətdirlər:

1-Allah-Taalaya iman və təvəkkül etmək: Allaha güclü iman və təvəkkül insan ruhiyyəsinə kömək edər ki, həyatın xoşagəlməz hadisələri qarşısında qüdrətlə dayansın.

2-Sədəqə, Allahın Rəsulu (s) buyurur: “Sədəqə Allahın qəzəbini yatırar”. (Kənzul-Ummal, hədis: 16114). Allahın razılığı olsa insanın dünya bəlalarından amanda qalması suğorta olunmuş olar.

3-Slieyi-Rəhm etmək, qohumlara qarşı mehriban olmaqla yanaşı onlardan əlaqəni kəsməmək,

Peyğəmbər (s) bu haqda buyurur: “Sədəqə vermək və qohumlarla get-gəl etmək evləri abad edər və ömürləri uzadar”.

4-Ehsan etmək, İmam Baqir (ə) bu haqda buyurur: “Yaxşılıq və sədəqə, kasıbçılığı aradan aparmış və ömrü uzadar, eləcə də gözlənilməyə 70 ölümün qarşısını alar”, (Şeyx Hurr Amuli, Vəsailuş-Şiə, cild: 6, səh: 277). (Huveyzi, Nurus-Səqaleyn təfsiri, cild: 4, səh: 354-355).

5-Günah etməmək, “ Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!” “(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!” Nuh surəsi, ayə: 3-4.

İmam Sadiq (ə) günahın insan ömrünə təsiri haqda buyurur: “ Günah səbəbi ilə ölənlərin sayı ilahi əcəllə ölənlərdən qat-qat çoxdur. Və O kəslər ki, yaxşılıqların görə çoxlu ömür sürürlər təbii əcəllə yaşıyıb ömür edənlərdən qat-qat çoxdur”. (Şeyx Abbas Qumi, Səfinətul Bihar, cild: 1, səh: 488).

Necə ki, bəzi rəvayətlərdə zina v zülm etməyi ömür azalma səbəbi olaraq tanıtdırılır.
İlahiyatçı: Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter