Bəni İsrailin Allah-Taala haqda əqidələrini yazın?


Qurani-Kərimin baxışında Bəni İsrailin Allah-Taala haqqında 4 yanlış əqidədir:
1. Həzrət Üzeyirin Allahın oğlu olmasına etiqad
Mütəal Allah buyurur: “Yəhudilər dedilər: “Üzeyir Allahın oğludur”. Məsihilər dedilər: “İsa Allahın oğludur.” Onların dedikləri bu söz bundan əvvəl kafir olanların sözləri kimidir. Allah onları öldürsün! Haqdan necə azğınlığa çəkirlər?!” “Tövbə” surəsi, ayə: 30
2. Yəhudilər inanırlar ki, onlara qısa müddətdən başqa əzab verilməyəcəkdir:
“Və dedilər: Cəhənnəm əzabı bir neçə gündən artıq bizə toxunmayacaqdır (əzab verməyəcəkdir). De: Allahla əhd-peyman bağlamışsınızmı?! (Belədirsə,) Allah Öz peymanına, vədəsinə xilaf çıxmaz (əhdindən dönməz). Yoxsa bilmədiyiniz bir şeyi Allaha aid edirsiniz?!”“Bəqərə” surəsi, ayə: 80, “Ali-İmran” surəsi, ayə: 24
3. Onlar özlərinin Allahın övladları olduğunu iddia edirlər:
“Yəhudilər və məsihilər deyirlər ki, biz Allahın övladları və dostlarıyıq. De : Onda nə üçün günahlarınıza görə sizə əzab verir?! Xeyr, siz də Onun xəlq etdiyi insanlarsınız. O, istədiyi kəsi bağışlayır və istədiyi kəsə əzab verir. Asimanların, yerin və onların arasında olanların hakimiyyəti Allaha məxsusdur və hamının qayıdış yeri Allaha doğrudur.” “Maidə” surəsi, ayə: 18
4. Allahı əli bağlı hesab etmək:
“Yəhudilər dedilər: Allahın əlləri bağlıdır!” Öz əlləri bağlı olsun! Dedikləri bu sözlərə görə Allahın rəhmətindən uzaq (lənətə düçar) oldular. Allahın əlləri açıqdır, hər cür istəsə, ruzi verir. Pərvərdigarın tərəfindən nazil olanlar onların çoxunun küfr və tüğyanını artıracaqdır. Biz qiyamət gününə qədər onların arasında düşmənçilik və kin saldıq. Hər vaxt müharibə odunu qızışdırsalar, Allah onu söndürər. Onlar yer üzündə fəsad törətməyə çalışırlar. Allah fəsad edənləri sevmir.” “Maidə” surəsi, ayə: 64
5. Yəhudilər inanırlar ki, Allah fəqirdir: “Həqiqətən “Allah fəqirdir və biz varlıyıq” deyənlərin sözünü Allah eşitdi. Onların sözlərini, həmçinin peyğəmbərləri nahaq yerə öldürməklərini yazacağıq. Onlara deyərik: “Yandırıcı cəhənnəm odunun əzabını dadın!” “Ali-İmran” surəsi, ayə: 181
Bunlar Qurani-kərimdə yəhudilərin çirkin sifətləri və azğın əqidələri barəsində qısa məlumatlar idi. Bu barədə dəqiq məlumat almaq üçün Quran təfsirlərinə və yəhudilər barəsində yazılan kitablara müraciət edə bilərsiniz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter