İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar nələrdir?
İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar:
1-İnsafla dostluq etmək, Özünə bəyəndiyini başqasına da bəyənəsən, özünə xoşlamadığını başqasına rəva görməyəsən,
2-Azadcasına söz demək, Haqqı deyib və haqqı eşidib ona əməl etməkdə bacarıqlı olmaq,
3-Düzlülük, yalanla hörmət qazanılmaz. Bəşər vicdanı insanların rabitəsində hiyləsiz əlaqə qurmasını gözləyir.
4-İnanmaq və güvənmək, insanların haqqında necə düşünərsən sənə qarşı də elə edərlər.
5-Qavrayış və anlayış göstərməyə çalışmaq. Qarşı tərəfin etdiklərini başa düşməyə çalışmaq, zahirdə gördüklərini tez məhkum etməmək. Birinin əməlinə tez hökm verməklə sonra əksi təsdiqləndikdə cəzalandırmada peşimanlıq gətirər.
6-Söhbətləşmək. Cəmiyyətdə iş görmək istəyiriksə gərək başqalarının fikirlərini eşidib təcrübələrindən istifadə edək. Ağıllı insan o şəxsdir ki, fikirləri eşidər və yaxşılarını seçib qəbul edər.