Quranı 6 min dəfə oxuyaraq xətm edən möminə xatun kim idi?
Həzrət Nəfisə Xatun (s) İmam Həsənin (ə) oğul nəvələrindən olan müqəddəs xatun:
Həzrət Nəfisə Xatun (Allahın salam və salavatı olsun ona) öz zamənəsində zahidlik, ibadət, gündüzləri oruc tutaraq və gecələri ibadət edərək oyaq qalan xanım olmuşdu. Onun çoxlu maddi imkanları var idi və çarəsizlərə, xəstələrə və camaata çox zaman maddi yardımlar edərdi.
Üç dəfə həcc ziyarətinə getmiş və yolun çox hissəsini piyada olaraq getmişdir. Məscidul-Hərəmdə Kəvə evinin pərdələrindən asılı qalaraq hündurdən fəryad edib ağalayar və deyərdi: \"Ey mənim ağam, sahibim məni öz razılığınla sevindir ...\".
Həzrət Nəfisə Xatun (s) Həsən ibn Zeyb ibn İmam Həsənin (ə) qızı və Əbdül Əzim Həsəninin (ə) (3 İmam naibi olan mömin seyyidin) bibisi idi. hicrətin 145 ci ilində Məkkədə dünyaya gəliv və ömrünün çox hissəsini Mədinədə zahidlik və ibadətlə keçirdi.
Bu zahid xanım İshaq əl-Mötəmin, İmam Sadiqin (ə) oğlu ilə evləndi və o pak ailədən Qasim və Ümmü Külsüm adlı övladlar dünyaya göz açdılar. (Şeyx Abbasi Qumi, Muntahal-Amal, c-2, səh: 299, Səfinətul Bihar, cild-2, səh: 604).
Nəql olunur: Nəfisə Xatun həyat yoldaşı və övladları ilə birlikdə Misirə getmiş və 7 il orda yaşamışdı. Ramazan ayı 208 ci hicri ildə, 63 yaşında isə fani dünya ilə vidalaşdı.
Mərhum Abbas Qumi Tarix kitabında Tarixi Təbəridən (cild-5, səh: 174) nəql edir: Nəfisə Xatun dünyasını dəyişəndə İshaq (ə) xanımının cəsədini dəfn üçün Mədinəyə aparmaq istədi. Şəhər camaatı Misir Şahzadəsinin yanına gedərək İshaqı bu fikrindən çəkindirmək istədilər. Amma İshaq bu istəkləri ilə razılaşmadı.
Misir xalqı gecəni narahatçılıqla keçirdi. Səhər açılan kimi yenə də İshaqı fikrindən dönmək üçün onun yanına gəldilər. İshaqın hüzuruna gəlib onu narahat gördülər. Səbəbini doruşduqda isə İshaq onlara dedi: Dünəngecə Allahın Rəsulunu (s) yuxuda gördüm. Buyurdular: \"Onların var-dövlət təkliklərini qəbul etmə, (amma) Nəfisə Xatunu onların yanında (şəhərində) dəfn et. Çünki Allahın rəhməti və bərəkəti onun cəsədinin Misirdə olması ilə nazil olacaqdır\". İshaq Nəfisə xatunu Misirdə dəfn etdi və özü övladları ilə birlikdə Mədinəyə yollandı.
Misirlilərin Nəfisə xatuna əlaqələri:
Misirlilər onun kəramətlərinə inanır və məzarı kənarında olunan hər bir duanın qəbul olunacağına əmin olmuşdular..
Quran baxışında yaşayış tərzi üçün yollar:
Zeynəb Yəhya qızı Nəfisə Xatunun ibadətləri haqqında deyir: 40 il bibimin yanında ona qulluq edərdim. Heç zaman görmədim ki, bibim səhərləri iftar etsin və gecələri yatsın. Ona dedim: Özünə yazığın gəlmir? Cavabımda buyurdu: \"Necə özümə yetişim ki, bizləri Allahın hesab-kitab çəkəcək çətin günləri gözləyir. O gündə xoşbəxt insan o şəxsdir ki, Allah bəndəliyindən çalışmış olsun\" (Muntahal Amal, cild: 2, səh: 299).
Qəbrinin qazılma hadisəsi:
Tarixçilər yazır: Nəfisə Xatun (s) qəbrini öz əli ilə qazdı və hər gün ora gedər və namaz qılıb Quran oxuyardı. Quran oxuma sayı o qədər oldu ki, 6 minə yaxın Quran xətmi etdi! Allahu Əkbər.
Misirdə: Nəfisə Xatun Misirdə 7 il yaşadıqdan sonra xəstələndi və yatağa düşdü. Ölümü yaxınlaşanda oruclu və dilindən quran ayələrini tilavəti düşməzdi. Ənam surəsini ilahi müjdə (Ənam/6) verən ayəsinə çatanda canını Allaha tapşırdı.
Qeybi rabitəsi:
Nəfisə Xatun (s) Təqva və ilahi itaətkarlıq əməlləri nəticəsində mənəvi irəliləyişə və ruhi inkişafa nail oldu. İxlaslı əməlləri nəticəsində Allah -Taala ona bilmədiklərini öyrətdi. Necə ki, Əli (ə) buyurur: \"Elm nəfsi dirildər\". Tarixdə gəlmişdir: Məhəmməd ibn İdris Şafii əhli-sünnət alimi onun elmindən bəhrələnərək hikmətli kəlamlarını öyrənər və camaat üçün deyərdi.
Nəfisə Xatunun (ə) kəramətləri:
Bu müqəddəsə xanımın kəramətləri haqda bir kitab yazılmışdır: Məsərun-Nəfisə.
Kəramətlərindən:
1-Hərəkətsiz yəhudi qıza şəfaət etməsi,
Nəfisə Xatunun evinin ətraf qonşuluğunda bir yəhudi kişi yaşayırdı ki, qızı şil və hərəkətsiz idi. Bir gün şil yəhudi qızın anası bir yerə getmək istədi və qızını tək qoymamaq üçün onu da özü ilə aparmaq fikrində idi. Qız anası dedi mənim getməyə taqətim yoxdur. Onda sən evdə qal. Qız dedi ana mən təklikdən qorxuram. Qız anasından istədi ki, getdiyi yerdən qayıdanadək onun qonşuda olan Nəfisə Xatuna yanına apararaq onu tapşırsın. Ana Nəfisə xatunun yanına gedərək qızından müğayat olmasını istədi və bu əzəmətli xanım qəbul etdi. Yəhudi xanım qızını Nəfisə xanımın yanında qoyaraq işinin dalınca getdi. Gecə vaxtı gəldi çatdı Nəfisə xatun dəstəmaz almaq üçün su hazırladı. O xanımın dəstəmaz suyundan damcılar şil qızın üstünə sıçradı. Qız o suyun bərəkətinə şəfa tapdı. Yəhudi ana getdiyi yerdən qayıtdıqda qızı anasını qarşılamaq üçün öz ayaqları ilə anasının yanına getdi. Yəhudi ana bu vəziyyəti görərək hadisədən soruşdu? Qız dedi: Seyyidə Nəfisə Xatunun dəstəmaz suyu bərəkətinə iflic ayaqlarım şəfa tapdı. Qızın anası və yaxın qohumları bu kəraməti görüncə, müsəlman oldular. (Misirdə Nəfisə Xatunun qəbri).
hawzah.net tərcümə etdi: Höccətül İslam Yusif Əliyev.