İslam maarifində yaxşılığa dəvət və pisliklərdən çəkindirməyin şərtləri nələrdir?


Hər bir müsəlmanın borcudur ki, pis işləri görən müsəlman qardaşıını ilahi qəzəblə qorxudaraq haram olan işlərdən çəkindirsin. Eləcə də yaxşı işləri tərk edib və ya vacib işlərdən xəbəri olmayan şəxslərin maarifləndirilməsi bilikli şəxsin şəri borcduur. Şəriət kitablarında bu dini vəzifəyə yaxşılığıa dəvət və pisliklərdən çəkindirmə vəzifəsi deyilir. Bu dini öhdəliyin şərtləri var ki, ibarətdirlər:

1-Günah edən şəxsi yaxşılığa çağıran və pislikdən çəkindirən şəxs gərək haram və vacib əməlləri dəqiq ayırd edə bilsin,

2-Bu dini vəzifəni yerinə yetirən şəxs gərək qarşı tərəfdə təsir edəcəyinə inansın,

3-Pisliklərdən çəkindirəndə və ya vacibata dəvət edən dəvətçi şəxs bilməlidir ki, qarşı tərəf Allahın qanunu pozmaq istəyir, əgər tövbə etməsini başa düşsə ona nəsihət etməsi lazım deyil,

4-Yaxşılığıa dəvət etmək və pisliklərdən çəkindirməkdə başqa fəsad nəticələr meydana çıxmamalıdır, misal üçün bu ilahi vəzifəni yerinə yetiməklə əgər şəxs üçün can, mal və abrı xətəri yaransa onun öhdəsində heç bir şəri borc qalmır.
Topladı:Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter