Həqiqi tövbənin əməli dusturları nələrdir?


Hər bir günahkar insan gərək ilahi əzab və qəzəbdən amanda qalmaq üçün niyyətini peşimanlıqla doldursun və eləcə də tövəkar olmasını göstmərək üçün lazımdır ki, həqiqi tövbənin əməli dusturlarını yerinə yetirsin. Quran ayələri baxışında həqiqi tövbənin əməli dusturları ibarətdir:
1-Bəyənilən və gizli sədəqə və yardımlar etmək, Allah-Taala Quranı kərimdə buyurur:
Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!\" (Bəqərə/271).\\

2-Nəfsə mübarizə məqsədyönlü çətin səfərlərə dözmək,
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” Ali-İmran/195.

3-Böyük günahlardan çəkinməklə kiçik günahların bağışlanmasına şərait yaratmaq,
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. (Nisa/31).

4-Yaxşı işlər görməklə pis günahların təsiri məhv etmək,
(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır). Hud/114.

5-Allah yolunda İslamın xeyrinə imkanlarından xərcləmək, Allaha borc və günahların bağışlanması hesab olunur,
Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Təğabun/17).

6-Təqvalı olmaqla Allah razılığı qazanılır və günahlar məhv olunur,
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (Ənfal/29)

7-Başqalarının dualarını qarazmaqda çalışqanlıq,
-Yusif Peyğəmbərin (ə) qardaşları günahların başa düşəndən sonra günahlarının bağışlanması üçün atalarına üz tutub dedilər:(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yusif/97).
Nəticədə: Quran ayələrinin baxışında deyilir ki, hər bir günahkar bəndə əgər İlahi əzab və qəzəbdən amanda qalmaq istəyirsə gərək ki, tövbəsinin həqiqi və qəbul olunmasını istəyirsə bu əməli tövbə dusturlarını da həyata keçirsin və göstərsin ki, İlahi dost və şeytan düşmənidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter