Xərçəng xəstəliyindən qorunmaq üçün nələrdən qorunmalıyıq?


Xərçəng xəstəliyindən qorunmaq üçün 7 qeyd:

Hər cürə xəstəlikdən qorunmaq üçün insan gərək yaşayış tərzində xüsusən də yeməklərinin quruluşunu düzgün sistem əsasında qursun. O cümlədən deyilir ki, insan xərçəng xəstəliyindən qorunmağa görə gərək 7 qeydə diqqət etsin:

1) Tütünlərdən istifadə etməmək, tütündən istifadə etmək insan bədinin ağciyər, mesane, rəhm ağızı, böyrək üzvlərində xərçəng xəstəliyinin yaranmasına səbəb olar. Çeynəməli tütündən istifadə etmək isə insan bədəninin ağız boşluğunda və mədə xərçəng xəstəliyinə səbəb olur. Tütün tüstüsündə qalmaqla ağciyər xərçəng xəstəliyinə tutulmaq mümkündür.

2) Sağlam yemək rejimi ilə yaşamaq,

a) Meyvə və tərəvəzlərdən istifadə edin, və başqa bitki köklü yeməklərdən. Misal üçün lobya kimi vitaminli yeməklərdən istifadə edin.

b) yağlı yeməklərdən istifadəni azaldın, xüsusən də heyvani yağlardan az istifadə edin. Yağlı yeməklər kaloriya yaradaraq insanın kökəlməsinə və xərçəng xəstəliyinə səbəb hesab olunur.

c) Spritli içkilərdən çəkinin. Çoxlu spritli içkilərdən istifadə edən şəxsin sinə, bağırsaq, böyrək, ağciyər və qaraciyər xərçəng xəstəliyinə düçar olması mümkündür.

3)-Sağlamlıq bağışlayan çəkini qorumaqda çalışmaq və gündəlik cismi hərəkət üçün idman praqramınız lazımdı.

Sağlam çəkiyə sahib olmaqla sinə, prostat, ağciyər, bağırsaq və böyrək xərçəng xəstəliyindən özünüzü qoruya bilərsiniz. Gündəlik 30 dəqiqə hərəkət edərək çəkinizi və sağlamlığı qorumuş olarsınız.

4) Günəş radiyasından özünüzü qoruyun. Dəri xərçəng xəstəliyi ümumi dəri xəstəliklərindən biridir. Bundan qorunmaq üçün bir neçə qeydiyyat:

a) Günəşin orta vaxtından uzaq durun. Çalışın isti günlərdə saat 10 dan 4-ə qədər qızğın günəş radiasiyasından uzaq durasınız.

b) Küçədə olanda kölgədə hərəkət edin. Günəş eynək və günəşdən qoruyan papaqlardan istifadə edin.

c) Günəş nuru qarşısında olan bədən üzvlərinizi örtün, misal olaraq qollarınızı uzun qollu paltarlar geyinməklə günə radiasiyasından qoruyun.

d) Günəşin isti nurunun təsirinin qarşısını almaq üçün günəşə qarşı kremlərdən dəriniz üçün istifadə edin və neçə saatdan bir davamlı bu işi görün.

5) Özünüzü peyvənd edin. Peyvənd iynəsini vurdurmaqla yoluxucu xəstəliklərdən özünüzü qoruyun. Peyvəndi vurduran zaman mütəxəssis həkimlərlə məşvərət edin.

6) Riskli hərəkətlərdən uzaq durun. Riskli hərəkətlər Virtual,-(Прямая кишка) qaraciyər və ağ ciyər xərçənginə yol açar. Misal üçün, müştərək iynə və hər bir şey ki, bədən üzvlərinə sancılır keçici xəstəliklərə yol açar, kimi vasitələrdən neçə nəfər istifadə etməməlidir.

7) Münəzzəm həkim yoxlanışına gedin. Həkim yoxlanışına münəzzəm getməklə bütün xəstəliklərin başlanmasını bilməklə hər bədən prablemlərini tanıyın və vaxtında qarşısını alın. mardoman.net saytından tərcümə: Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter