Imam Sadiqin (ə) hədisində Fatimeyi Zəhranın (ə) adlarının hikməti nədir?
İmam Sadiqin (ə) hədisində xanım Zəhranın (ə) adlarının hikməti:
İmam Sadiq (ə) buyurdular: “Fatimənin Allah yanında 9 adı var:
Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddisə və Zəhra
Adlarının hikməti:
1-Fatimə (s) Allah Rəsulu buyurdular: “Çünki o və şiələri cəhənnəm odundan uzaqlaşdırılmışlar”
2-Siddiqə (s) Çünki o yaşayışında düz sözdən başqa heç bir söz danışmadı və əziz atasının hər dediyini təsdiqlədi.
Allahın Rəsulu (s) İmam Əliyə (ə) buyurdu: “Mən Fatiməyə bir dəstə tapşırıqlar vermişəm ki, sənə desin. O hər nə desə qəbul et. Çünki o çox düz danışan, sadiq birisidir”,
3-Mübarəkə: Çoxlu xeyrə sahib olan, (ən bariz nümunəsi ümmətin hidayətini gətirən İmamların anasıdır). Necə ki, Qurani Kərimdə Kövsər surəsi onun haqqında nazil olmuşdur. Bəşəriyyətin xoşbəxtliyi üçün o xanım çoxlu nemətləri özü ilə aləmə gətirdi.
4-Tahirə: İmam Baqir (ə) buyurdular: “Çünki o (xanım bütün ) zahiri və mənəvi çirkinliklərdən uzaqdır”. Eləcə də çoxsayda rəvayətlərdə gəlmişdir ki, Quranın təthir ayəsi onunda haqında nazil olmuşdur.
5-Zəkiyyə: Zəka yəni inkişaf və irəliləyiş eləcə də paklıq mənasındadır. Hər iki məna o xanımın haqqında təsəvvür oluna bilər. Zəkiyyə yəni faydalı nəslə sahib olan xanım həm də pak əməllərə sahib seçilmiş bir müqəddəsə.
6-Raziyə: Xanımın həyatı çoxlu çətinlik və qəmlərlə dolu idi. Amma heç zaman dilini şikayətlə açmadı. Hər zaman Allaha şükür edə və olan hadisələr qarşısında razı olduğunu bildirərdi.
Rəvayət olunub ki, Peyğəmbər (s) bir gün Fatiməni kobud paltar geyinmiş halda gördü. O paltarla evdə çoxlu çətin işlər görürdü. Allahın Rəsulunun (s) gözləri doldu və buyurdu: “Əziz qızım! Bu dünyanın çətinliyini dad ki, Axirət şirinliyinə çatasan. Həzrət Zəhra (s) şikayət etməyər və buyurardı: “Ey Allahın Rəsulu! Mən Allaha nemətlərinə görə şükür edirəm”.
7-Mərziyyə: O müqəddəs xanımın bütün işləri Allahın razılığı və Peyğəmbərinin göstərişi ilə olardı. Əziz İslam Peyğəmbəri (s) heç bir zaman xanıma əsəbləşmədi. Ondan heç zaman kiçik səhvlər belə görmədi. Əksinə onun əməllərin çox bəyənərdi hətta deyərdi: Atası ona qurban olsun! (atasının üzünü ağ etdiyinə görə).
8-Mühəddəsə: İmam Sadiq (ə) bu haqda buyurur: “Mühəddəsə idi çünki göylərdən mələkələr yerə enər və o xanımla həmsöhbət olardılar”.
9-Zəhra: İmam Sadiq (ə) buyurdular: “Çünki o xanımın nuru hər gündə bir dəfə həzrət Əli (ə) üçün saçardı. (məcazi mənada ola bilər). Bu müqəddəsə xanım mehrabda duranda onun nuru göylərdə yerləşənlər üçün saçardı. O cürə ki, göylərin ulduzları yer əhli üçün nur və işıq saçarlar”.
Höccətül İslam: Yusif Əliyev