Dərdlərə dərman olan zikr hansıdır?


99 dərdə dərman olan zikr:
Əziz İslam Peyğəmbər (s) buyurur: «لا حول و لا قوة الا باللّه‏» \"La Hövlə vəla qüvvətə illa billahil Əliyyil əzim\" zikr 99 dərdə şəfa verər onların ən azı qəmginliyin aradan getməsidir.

İmam Əli (ə) buyurur: \"Xəstələndim Allahın Rəsulu mənim iyadətimə gəldi və buyurdu: \"De: İlahi! Səndən istəyirəm sağlamlığı ki verirsən mənim üçün önə salasan, tez verəsən! Mənim imtahanımda səbir verəsən və məni öz rəhmətinə yaxınlaşdırasan.\" Mən bu duanı oxudum və bundan sonra xəstəlik yatağından ayağa durdum. Güya ki belə bir çətinlikdə olmamışdım\".

Yenə də İmam Əli (ə) buyurur: \"Allahın Rəsulu Ənsardan olan səhabələrdən olan bir kişini görməyə getdi. Xəstə şəxs peyğəmbərə dedi: Ey Allahın Rəsulu! Mənim üçün Allaha dua et.
Allahın Rəsulu cavabında buyurdu: \"De: Böyük Allahdan və Ərşin hökmdarından istəyirəm sağlamlıq diləyirəm!\". Kişi bu duanı üç dəfə oxudu və xəstəlik yatağından ayağa durdu, elə bil ki, heç xəstəlik keçmişə malik deyildi. (Dərdlərin dərmanı və şəfası Allahın qüvvət və hökmdarlığına inanmaqla dilə gətirmək əldə etmək mümkündür).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter