Aşura ziyarətini oxumağın təsirindən yazın?


Aşura Ziyarətini oxumağın təsiri:
Mərhum Ayətullah Əbdül Kərim Hairi Yəzdidən nəql olunur: İraqın Samirra şəhərində dini təhsil alan zamanlarda Samirra əhalisi vəda adlı bir xəstəliyə düçar olmuşdu və hər gün bir dəstə ölürdü!

Bir gün ustadım olan Fişarəkinin evində idim bir dəstə alimlər də oraya gəlmişdilər. Birdən evə Aqa Mirzə Məhəmməd Təqi ağa daxil oldu. Söhbət Vəba xəstəliyindən getdi və deyildi ki, hamı ölümlə üz-üzə qalıb.

Mərhum Mirzə ağa buyurdu: Əgər mən bir hökm versəm onu etmək vacibdirmi? Məclis əhlinin hamısı dedi: Bəli. Buyurdu: Mən hökm edirəm ki, 10 bütün şiələr Aşura ziyarətini oxusun. və savabını İmam Zamanın (ə) anası olan Nərcis xatunun ruhuna hədiyyə etsinlər. Ta ki, bu bəlanı onlardan uzaqlaşsın.
məclis əhli bu hökmü bütün şiələrə çatdırdılar. Hamı Aşura ziyarətini oxumağa başladı. O günün sabahından şiələrin vəba xəstəliyindən ölməsi dayandı.
Dəstqeyb ağanın, Gözlənilməyən hadisələr kitabından, səh: 273-274.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter