Əbu Hureyrənin hədis raviliyinə hansı şübhələr irəli sürülür?
Əbu Hureyrə Yəməndə dünyaya göz açımış və 30 yaşında qəbilə başçıları ilə birlikdə Mədinəyə gələrək Peyğəmbərə (s) beyət etmişdi. Tarixçilərin baxışına əsasən o hicrətin yeddinci ilindən müsəlman olmuş və 3 il həzrət Peyğəmbəri (s) görmüşdü. Əbu Hureyrə Mədinənin Əhli Siffə adlı dəstənin üzvü idi, məsciddə yaşayar və müsəlmanlardan kömək əli gözləyirdi.
Əbu Hureyrənin bu qısa yaşayış tərzindən hədisşünaslığına olan şübhələr:
1-Onun əhli siffə olması ilə yanaşı və maddi çətinliklərlə üzləşməsi onun hədis elmində böyük məqamlara çatması ağla sığan bir məsələ deyil.
2-Belə bir çətin maddi imkanlarda olan şəxs və az bir müddət həzrət Peyğəmbəri (s) görən adam necə edə bildi ki, Peyğəmbərin (s) dövründən o həzrətdən çoxlu
hədislər nəql etsin!
3-Əbu Hureyrədən əhli-sünnət kitablarında 5374 hədis nəql olunur bir halda ki səhabələrdən heç biri Peyğəmbərdən (s) bu qədər hədis nəql etməmişdi?!
-Əhli Sünnət kitablarında gəlmiş səhabə olan ravilərin Əbu Hureyrə ilə hədis nəql etməkdə say müqayisəsi:
1-Əbu-Bəkr 142 hədis,
2-Ömər 537 hədis,
3-Osman 146 hədis nəql edib,
4-Əli ibn Əbi Talibdən (ə) 586 hədis nəql olunmuşdur,
5-Aişədən 2300 hədis nəql olunmuşdu.
Əhli sünnətin baxışında rəvayət nəqlində Əbu Hureyrənin bütün qeyd olunan səhabələrdən irəli düşməsi, nəticəsi bu olur ki, o Peyğəmbərə (s) yalan hədislər nisbət verərdi.