Ən gözəl səbr hansıdır?
Cavab: Ayə və hədislərdə möminlər üçün zəruri hesab edilən sifətlərdən biri də, səbirdir. Üzücü hadisələr qarşısında dözüm göstərib, bədbinliyə qapılmamaq, insan şəxsiyyətinin ucalığına bir dəlildir. Oğlu Yusifin qanlı köynəyini görən Yəqub, «Mənə, yalnız tükənməz, dözümlü səbir gərəkdir» deyir. («Yusif» surəsi, ayə 18.)
Kiçik gölməçənin suyunu zəif bir külək dalğalandırdığı bir halda, əzəmətli Sakit okean tufanlar qarşısında öz müvazinətini itirmir. Bəzən insan zahirən dözümlülük göstərsə də, danışdığı sözlərdən naşükrlük və səbirsizlik duyulur. Lakin həqiqi imana malik insanlar, heç zaman sarsılıb, bədbin sözlər danışmırlar. Ən gözəl səbir də elə budur.
Bəs nə üçün Yəqub peyğəmbər oğlu Yusifə görə gözləri kor olanadək ağladı? Nə üçün başqalarına ağlamamağı tövsiyə edən İslam Peyğəmbəri (s), oğlu İbrahimi itirdiyi zaman göz yaşları axıtdı? Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurur: «Göz ağlayır, qəlb pərişan olur, amma dilimə Allahı qəzəbləndirəcək bir söz gəlmir».
İnsanın sinəsikdəki daş yox, qəlbdir. Ağlamaq təbiidir. Gözdən yaş gəlməsi yox, Allahı qəzəbləndirəcək söz deyilməsi eyibdir.