İmam Sadiqin (ə) müsəlman üçün əxlaqi göstərişlərindən bir hədis yazın?


İmam Sadiq (ə)-dan bir əxlaqi göstərişlər edən hədisi:
Süfyani Suri adlı bir şəxsdən nəql olunur ki, İmam Sadiq (ə) ilə görüşdüm. Dedim: Ey Allahın Peyğəmbərinin (s) balası mənə nəsihət edin:
Buyurdu: Süfyani!
1-Yalançılıqda padişahlıq olmaz,
2-Tez inciyənin dostu olmaz,
3-Paxılılığın rahatlığı olmaz,
4-Kobudun dəyəri olmaz.

Süfyani deyir. İmam dedim: Ey Allah Rəsulunun balası! Yenə də buyurun: Buyurdu: Süfyani!
1-Allaha ümid et ki, iman elə budur.
2-Onun verdiklərinə razı ol, ehtiyacsızlıq elə budur,
3-Qonşularınla xoş rəftar ol ki, müsəlmanlığındır,
4-Dinsizlə dost olma ki, fasiq əməllərini və zülmlərini nəsə öyrədər,
5-Allahdan qorxan və təqvalı insanlarla məşvərət et (ağıllarına şərik olarsan).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter