İslam aləmində etimad olunacaq alimlərdən İmam Sadiq (ə) şagirdlərinin bir neçəsini tanıtdırın?
İmam Sadiqin (ə) müxtəlif elmlərdə mütəxəssis səhabələri və şagirdləri var idi. O həddə ki, hədis ravilərini tanıyan və hədis elmində bilik sahibləri deyirlər: İmam Sadiqin (ə) elm məktəbi yaratdığı zamanda 4000 minə yaxın şagirdi var idi.
İmam Sadiqin (ə) bir neçə müxtəlif sahələrdə dərin elmə sahib olan səhabə və şagirdləri:
A) İmamın şəiətdə yetişdirdiyi şagirdlər:
1-Aban ibn Təğləb, Bu şəxsiyyət İmam Səccad, Baqir və Sadiq (ə)-ların hədislərini rəvayət edən, şəriət müəllimi olmuşdu, İmam Baqir (ə) ona buyurdu: Aban Məsciddə otur və camaat üçün Allahın hökmlərini açıqla, çünki çox sevinərəm sənin kimisi bizim yolumuzda olanların arasında olsunlar.
2-Zurarə ibn Əyən, alimliyə lazım olan dəyərlərin çoxuna sahib olan şəxsiyyət idi. O cümlədən: Quran qarisi, müctəhid, kəlam ustadı, şair və güclü ədəbiyyatçı olmuşdu və düz danışan, Bu da Aban kimi 3 İmamın hüzurunda tərbiyə almışdı,
B) İmamın əqaid elmində yetişdirdiyi şagirdlər:
1-Mömin Taq, üç İmamı dərs etmişdi, çox sayda münazirələri olmuş və Əbi Hənifə və Mürciə məzhəbi ilə münazirələri kitab şəklində yazılmışdır. Xəvaric qrupu (Əli (ə)-la düşmən olanlar) haqda əqaid araşdırmaq aparmışdı, İmamət haqda geniş qeydiyyatlar yazmışdı.
2-Hişam İbn Həkəm Kindi, İmam Sadiq və Kazim (ə) dan çoxlu hədis nəql edib. Zindiqlərin (Allahı inkar edənlərin) batil olmasına dair kitab yazmışdı.
C) İmamın hədis elmində yetişdirdiyi şagirdlər:
1)Cabir ibn Yəzid Cöfi, İmam Baqir və Sadiq (ə) şagirdi olmuşdu, Cəməl müharibəsi, İmam Əli və Huseyin (ə) şəhadəti haqda kitablar yazmışdı,
2-İshaq ibn Əmmar Kufi. İmam Sadiq və Kazim (ə)-ın səhabələrindən olmuş. Hədis ravilərini tanımaqda alim olan şəxsiyyətlər onun haqqında deyiblər: O böyük hədis bilimçisi və düz danışan ravidir.