İmam Huseyindən (ə) günahla mübarizə yoluna aid bir hədis yazın?
Günahla mübarizə yolu İmam Huseyin (ə) hədisində:
Bir kişi İmam Huseynin (ə) hüzuruna gələrək dedi günahkaram və günahdan çəkinə bilmirəm. Bu şeytani yoldan uzaqlaşmaq üçün mənə nəsihət edin. İmam Huseyin (ə) cavabında buyurdu: Beş iş yerinə yetir onlardan sonra hər nə qədər günahlar istəyirsən et! O əməllər ibarətdir:
1-Allahın ruzisini yemə və hər nə qədər günah istəyirsən et!
2-Allah hökumətindən və nəzarətindən çıx və nə qədər ürəyin istəyir günah et!
3-Günah üçün elə bir yer seç ki, Allah səni görməsin, ondan sonra hər nə qədər istəyirsən günah et!
4-Əzrail canını almaq üçün gələndə onu uzaqlaşdır, bundan sonra hər nə qədər günah etmək istəyirsənsə et!
5-Cəhənnəm sahibi səni oda atanda, alova girmə, hər nə qədər günah etmək istəyirsən əsirgəmə!
(İmam günahkar şəxsə demək istəyir ki, əgər bunları etməyə qüdrətin varsa onda günaha etməkdə azadsan əks təqdirdə bəs nə üçün bu qorxuları hiss edərkən günahdan çəkinməyə çalışmırsan?!).
İmam Huseyin sözlərinin ensiklopediya kitabının, Hədis: 559.