Quran Kərim Bələme Bauranı nə üçün itə bənzədir?!


Huseyin ibn Xalid İmam Rzadan (ə) mənim üçün belə nəql edir: \"İmam (ə) belə buyurdu: \"Bələm ba Ura ism Əzəm (güclü ilahi qüvvəyə) malik idi. İsm Əzəm ilə dua edirdi və Allah onun duasını qəbul edirdi. Ömrünün sonlarında Firona tərəf yönəldi, və onun saray alimlərindən oldu. Bir gün Firon onun yanından keçirdi Bələm Bauranı görərək dedi: Musanı axtarıram Allahdan istə ki, Musanı və səhabələrini bizim tələmizə düşürsün. Bələm öz uzunqulağına mindi, Musanı axtarmaq üçün addımlağa başladı. Mindiyi uzun qulaq yeriməkdən dayandı. Bələm heyvanı döyməyə başladı. Allah uzunqulağın dilindən tutqunluğu açaraq dilə gətirdi və uzunqulaq dedi: Vay olsun sənə məni nə üçün döyürsən?Aya güman edirsən səninlə gələrək Allahın peyğəmbərini (ə) tələyə salaram!? və Sən də Allahın peyğəmbərini sahabələri ilə birlikdə nifrin edərək Firona əsir edə biləsən?! Bələm bunu eşitdi və başladı uzunqulağı döyməyə, heyvana o qədər zülm etdi ki, o öldü. Elə o zamandan Bələm Baura ilahi qüvvədən məhrum qaldı.
(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər! - Əraf surəsi, 175-176 ayələr.
Bu ayə açıqlıqla mömin şəxsin haqqında işarə edir ki, öncə Allaha bəndə olmuşdu və sonra da ilahi qanunlardan çıxaraq şeytana uymuş və zallinlərdən oldu.
Amma nə üçün Bələm Baura və bu kimi şəxsləri Allah Quranda itlərə oxşadır:
1-İtlər ki quduzluq üzündən yalançı susuzluqa düçar olar və heç zaman sirab olmazlar, dünya pərəst və nəfsani istəklərə uyanlar da heç zaman doymazlar, hər nə qədər mal cəmləsələr də doymaz və az olduğunu düşünər. Bələm Baura da Fironun malına göz tikərək əldə etdiyi dünya və axirət malını özü üçün az bildi, Quran da onu bu cəhətdən quduz itə bənzətdi.

a) əl-Mizan təfsiri, cild: 8, səh:440,
b) Nümunə təfsiri, cild: 7, səh: 12-14.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter