İmam Zamanın (ə) qeybət dövründə o həzrətlə görüşmək mümkündürmü?


İmam Zamanın (ə) qeybi dövründə o həzrətlə görüşmək haqda 2 baxış var:
1-Rabitə yaratmağın mümkün olmaması, Bir dəstə on iki İmamçıları belə deyirlər: İmam Zamanla rabitə qurmaq və o həzrətin hüzuruna getmək mümkün deyil və hər kim bu iddianı etsə yalan demişdir. Bu dəstənin dəlili İmam Zamanın (ə) kiçik qeybət dövründə axrıncı naibi olan Əli ibn Məhəmməd Səmuriyə yazdığı mətndir: \"Tezliklə şiələr arasında bir dəstə tapılacaqlar ki, mənimlə görüşdüyünü iddia edəcək, oyaq olun ki, hər kim Sifyaninin və göydən səs gələndən öncə mənimlə görüşdüyünü iddia etsə töhmət vuran yalançıdır\".(1)
2-Rabitə yaratmağın mümkün olması, Şiələrin böyük alimlərinin bir dəstəsi isə Seyyid Mürtəza, Şeyx Tusi və Seyyid Tavus kimi şəxsiyyətlər bu deyilər: İmam Zamanın (ə) kubra qeybəti dövründə o həzrətlə görüşmək mümkündür. Bunun özü o həzrətin varlığının faydalarındandır. Yəni əgər o həzrətlə görüşmək mümkün olmaya və zəruri hallarda çıxış yolları o həzrətdən alınmasa onda həzrətin qeybətdə və sağlıqda olmasının nə belə faydası var sualı irəli gəlir! Seyyid Mürtəza deyir: İmam Zamanla (ə) görüşməyi inkar edəcək heç bir dəlilimiz yoxdur, o həzrətlə görüşməyi qeyri mümkün məsələ hesab edək. Əgər İmam Zaman (ə) çoxlu şiələr üçün görünməyirsə, deməli onların özlərinin günahıdır ki, o böyük şəxsiyyətlə görüşməyə uyğunlaşan əməlləri etməmişlər. (2) Yəni: Hər kəs İmam Zamanla (ə) görüşməsini idda etsə yalançıdır hədisi o ağa ilə görüşməyə heç bir mane deyil, çünki ixlaslı insanlar zəmanənin sahibi ilə görüşəndə onu heç kəsə bildirməsələr o hədislə heç bir ziddiyyət olmaz ki, görüşməyi inkar etmək həddinə gətirək.

1-Bihar əl-Ənvar, cild: 52. səh: 151- və cild: 53, səh: 318,
2-əl-Ğeybət, şeyx Tusi, səh: 68.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter