Kişilər qadınların hansı xasiyyətini bəyənmir?
Kişilər qadınlarda bəyənmədiyi xasiyyətlər:
1. Kişilər səliqəsiz və zövgsüz qadınları sevmir. Parfüm kişilərin ən zəif nöqtələrindəndir - kişilər pis qoxunun gəldiyi qadınlardan uzaq qaçır.
2. Əsəbi, qışqıraraq danışan qadınlara kişilərdə antipatiya olur.
3. \"Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevir.
4. Kişilər ifrat dərəcədə makiyajdan, aksesuarlardan istifadə edən xanımları bəyənmir.
5. Güləş, boks, futbol kimi idman növləriylə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır.
6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişilər daha çox dayanıqlı, dözümlü, sağlam qadınla bir yerdə olmağa üstünlük verir.
7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar kişilərin bəyənmədiyi xanımlar sırasındadır.
8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmir.
9. Kişilərin şopinqi sevən, vaxtının böyük hissəsini buna «xərcləyən», həmçinin kişilərin də onlarla birgə şopinqə getməsini istəyən qadınlarla arası olmur. Onlar
şopinqi əlavə xərc kimi dəyərləndirir.
10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur.
11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. Amma onlar «soyuq» qadınlardan da tez soyuyur.
12. Kişilərdən pulunun miqdarını soruşan qadınlara münasibət mənfi olur.
13. Kiçik bir şeyi şişirdən qadınlar təbii ki, bəyənilmir.
14. Ən kiçik hadisədən ağlayan qadınların gözyaşları kişilər tərəfindən «təhlükə» kimi qəbul olunur.
15. Qadınlarda uzun dırnaqları sevmirlər.
16. Durmadan danışan, susmaq bilməyən qadınlara kişilər nifrət edir.
17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları sevmir.
18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan qadınlar kişilər tərəfindən bəyənilmir.
19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən qadınlardan daha tez bezir.