Körpə olarkən dünyasını dəyişən uşaqlar qiyamətdə əzab olunacaqlarmı?
Rəhman və Rəhim Allah bəndələrinə qarşı çox mehribandır və istəməz ki, insanlar əzaba düçar olsunlar. Bəlkə insanların özləridirlər ki, pis əməlləri, zülm və başqalarının haqqını zay etməklə əzab olunmağa ləyaqətlənirlər. Belə bir başlanğıcla necə deyə bilərik ki, rəhim Allah pis əməlləri olmayan və şəri hökmlərə qarşı heç bir öhdəlikləri olmayan körpələri Allah qiyamətdə əzab edər! Qiyamət və qəbr əzabı insanın etdiyi pis əməllərinin nəticəsi olaraq Allahın mələkləri tərəfindən həyata keçirilir. Körpə məsum və günahsız olan uşaqlar haqda əzab və qəbr sıxıntısı düşünmək məntiqsiz bir nəticə olar.
Bu məqaləmizdə rəvayətlərdən bəzilərinə işarə edirik ki, bu haqda nəql olunmuşdur və İslamın baxışını körpə çağında olmuş uşaqların əzab olunması və ya olunmaması haqda işarə edir:
1-Peyğəmbərdən (s) nəql olunur ki, buyurdular: \"Möminlərin körpələri qiyamət günü o zaman ki, məxluqatın hesab vaxtı gələn zaman Allah Cəbrailə (ə) buyurar: Onları Behiştə daxil et. Behiş qapılarında dayanarlar və öz valideyinləri haqda soruşarlar. Behişt qapıcıları deyərlər onlar sizi kimi (pak) deyillər. Günah və səhvləri var ki, gərək onların hesabını versinlər. Körpələr uca səslə ağlayarlar. Allah buyurar: Ey Cəbrail! Bu ucalan səs kimlərindir? Cəbrail ərz edər ki, İlahi sən məndə daha biliklisən. Bunlar möminlərin uşaqlarıdır ki, deyirlər biz behiştə daxil olarmıq o zaman kimi ki valideyinlərimiz də bizimlə behiştə gəlsinlər. Sonra Allah buyurar: Ey Cəbrail! Cəmiyyətin içinə daxil ol Onların ata-analarının əlindən tutub və körpələri ilə birlikdə rəhmət sifətimə söykənərək körpələrin valideyinlərini behiştə daxil et.
2-İmam Sadiq (ə) buyurur: \"Elə ki, möminlərdən bir körpəsi dünyadan gedə, göylərin mələkut aləmində bir səs səslənər ki, filankəs filankəsin övladı dünyadan köçdü. Əgər bir ata-anasından və ya yaxınlarından bir mömin dünyadan gedərsə o uşağa baxmaq üçün onun yanına apararlar, Əgər uşaq üçün heç bir baxıcı tapılmasa, o körpəni Həzrət Zəhraya (ə) tapşırarlar, və həzrət Zəhra (ə) xanım da uşağın mömin yaxınları onu birləşməyən zaman qədər ona baxar, elə ki bir mömin yaxını ölərsə körpəni sahibinə verərlər\". ...
Bihar əl-Ənvar, cild: 5, səh: 293 və cild-79, səh: 123.
Müstədrək əl-Vəsail, cild-2, səh: 401.
əl-Fəqih, cild-3, səh: 490.