Məryəm (s) və Asiyənin türbəti (və şəhadət dastanı) haradadır?


Məryəm (s) və Asiyənin türbətinin yerləşmə məkanı:
1-İsa (ə)-ın anası olan Müqəddəs Məryəmin (s) türbət və qəbri Beytül-Müqəddəsdə, Fələstin şəhərində yerləşir. Məryəm (s) ölümü zamanı yaşının neçə olması haqda isə baxışlar fərqlidir. Bəzi tarixçilər onun rihlətində 51 yaşında olmasını yazır və bəziləri də 63 yaşında olmasını qeyd ediblər.
2-Həzrət Asiyənin (s) türbəti Misirdə yerləşmişdir. Asiyə xanım gizli iman gətirən imanlı xanım olmuşdur.
Asiyənin iman gətirməsi: Musa (ə) Fironun sahirlərinə qələbə çalan zaman Asiyə bunu müşahidə edərək, qəlbinin dərinlikləri iman nuru ilə doldu və elə o vaxtdan Musa (ə)-ın şəriət və dininə iman gətirdi. O həmişə imanını gizləyirdi. Amma Allaha iman və eşq elə bir şey deyil ki, onu həmişə gizləmək mümkün olsun. Elə ki, Firon onun möminə olmasından xəbərdar oldu, dəfələrlə onu bu imandan çəkindirdi və Musanın (ə) Allahından üz çevirməyi istədi. Amma bu qadın Fironun istəklərinə tabe olmadı.
Nəhayət vəziyyət o həddə gəldi çatdı ki, Firon əmr etdi ki, onun ayaq və əllərini kora ilə zəncirləsinlər və onu yandırıcı günəş altında saxlasınlar və ağır daşı onun sinəsi üstünə qoysunlar. Ömrünün axır anlarında bu duanı dilinə gətirib, dedi: \"İlahi mənim üçün Behiştdə özünün kənarında bir ev ver və məni bu fironun və onun çirkin əməllərindən azad et və zalım tayfadan uzaqlaşdır\". Allah da bu pak möminə xanımın duasını qəbul edərək dünyanın ən üstün qadınların cərgəsinə saldı və Müqəddəs Məryəmlə kimi xanımların həmsöhbəti seçdi.

1-əl-Bəldan tarixi, səh: 146,
2-İbn Əsir, əl-Kamil fi Tarix, cild-1, səh: 307,
3-Nasixut-Təvarix, İsa (ə) aid cild, səh: 113,
4- Möcəmül Bəldan kitabı, Yaqut Həmuy, cild-5, səh: 142.
5-Təhrim surəsi, ayə/11,
6-Biharul-Ənvar, cild, 13, səh: 164-165. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter