Kərbəla hadisəsi və Aşura gününün tarixi hansı yollarla nəql olunub?


Kərbəla qiyamı və aşura hadisəsinin tarixini üç yolla nəql olunmuşdur:

1-Bir dəstə insanlar var idi ki, İmam Huseynin (ə) qiyam karvanında idilər, və aşura günündən sonra sağ qaldılar və olanları düzgün şəkildə nəql etdilər,

2-Bəzi tarixi faktlar Muxtarın Kufəyə hakim olması zamanı ələ gəldi, yəni Muxtar İmam Huseyin (ə) şəhadətində əli olanları tutanda onlardan Aşura hadisəsində olanları və etiklərini danışmağı tələb edirdi, aşura tarixinin necə olmasını danışdıqdan sonra isə onları həlak edərdi,

3-Kərbəla hərəkatını danışmaq və yazmaq üçün Ömər Sədin qoşununda bəzi tarixçilər var idi və ya yerləşdirilmişdi ki, olanları hər nə niyyətə olursa olsun yazıb və nəql edərdilər. Onların ən məşhuru Həmid ibn Müslumdir ki, hadisələr haqda məlumatlar əldə edib tarixi fakt olaraq yazardı.
Nəticədə Kərbəla qiyamı və aşura dastanının düzlüyü bu qeyd olunan üç yolla əldə edilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter