Vilayəti-fəqihin zəruriliyi nədədir?


Vilayəti-fəqihin zəruriliyi: Vəliyyi-fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir.
Vilayəti-fəqih müsəlman və şiə aləminə ən böyük nemətlərdən biridir. Əgər şiə aləmində yüzlərlə müctəhid olsa, amma vəliyyi-fəqih olmasa, İmam Zamanın (əc) qeyb dövründə şiə ictimai, siyasi və dini həyatda özünü qoruya bilməyəcək. Qeyb zamanı şiənin izzəti vilayəti-fəqih olan dövrdə görünür. Bir misal çəkək. Təqribən yüz il öncə vəhabilər şiələrin və müsəlmanların müxtəlif müqəddəs şəhərlərinə hücüm edib bu şəhərləri xaraba qoyublar. Məsələn, bir gün ərzində Kərbəla şəhərini viran edib, İmam Hüseynin (ə) hərəmini dağıtdılar və yerini şumladılar. Kərbəla sakinləri (o insanlar ki hər il Hüseynə görə başlarını yarardılar) o şəhəri tərk edib qaçdılar. Halbuki, o zaman Kərbəlada və Nəcəf şəhrində yüzlərlə müctəhid və mərcəi-təqlid yaşayırdı. Onlar böyük və əzəmətli alimlər idilər. Sizcə, bu alimlər niyə bir iş görə bilmədilər, bu cinayətlərin qarşısı alınmadı? Halbuki, indi təkcə vəhabilər və sələfilər yox, Əl-qaidə, hətta bəzi qərb ölklər və onlarla başqa ölkə çalışırlar Suriyada Xanım Zeynəbin (s.ə) və Rüqəyyənin (s.ə) hərəmini dağıtsınlar, oranı viran etsinlər. Amma gördüyünüz kimi 3 ildir bu niyyətlərini həyata keçirə bilmirlər. Sizcə nə üçün? Artıq şiələr bütün dünyada zülmə, küfrə meydan oxuyur. Hal-hazırda şiələrin təkcə dini elmlər yox, həm də dünyəvi elmlərdə deməyə sözü var. Şiənin Hizbullahı var. Şiə 33 günlük müharibədə İsraili xar etdi. Artıq şiə alimi şahların sarayında bir müşavir kimi tanınmır. Uzun illər zalım şahlar alimləri təhqir edib, onları repressiyaya məruz qoyub. Müsəlman və şiə alimləri ən yaxşı halda saraya nüfüz edib müşavir seçilirdilər. Amma şahın qarşısında təzim etməyə məcbur idilər.
Zaman dəyişdi. Artıq şiə alimi özü rəhbərdir və bütün dünya onunla müzakirə aparmağa məcburdur. Onun sözlərini və rəylərini strateji araşdırma mərkəzlərində müzakirəyə çıxarırlar. Artıq şiə aləminin rəhbəri şiələri öz başını yox, zalımların başını yarmağa dəvət edir, müqavimətə çağırır.
SİZCƏ İNDİKİ ŞİƏ VƏ İSLAM ALƏMİNİ 100 İL ÖNCƏKİNDƏN FƏRQLƏNDİRƏN NƏDİR? VİLAYƏTİ-FƏQİH VƏ VƏLİYYİ-FƏQİH! Bəli, cavab düzdür! Min illərlə haqqında bəhs etdiyimiz vilayəti-fəqih üsul-idarəsini İmam Xomeyni (r) kitablardan çıxardıb onu canlandırdı, ona həyat bəxş etdi. İctimai və siyasi məsələlərdə şiə aləminin vahid mərkəzdən idarə olunmasını həyata keçirdi. O, hakimiyyət təşkil etdi (Vilayəti-fəqih hakimiyyəti). Bu hakimiyyət məsum İmam tərəfindən idarə edilmədiyinə görə onun çatışmayan cəhətlərinin olması labüddür. Amma bu hakimiyyət heç şübhəsiz məsum İmamın və İMAM ZAMANIN (əc) himayəsində olan hakimiyyətdir. Çünki ötən 1000 il ərzində Allah və onun İmamı üçün müsəlmanların izzətli və xoşagələn halı indiki vəziyyətdir. Hal-hazırda İMAM XAMENEİ bu ağır yükü və bayrağı çiyninə alib, VƏLİYYİ-FƏQİH yükünü qəbul edib. Bu gün düşmənin belini qıran vilayəti-fəqihin vücududur. Düşmən hazırdır minlərlə məscid tiksin, özü istəyən İslamı təbliğ etsin, baş yaranların sayını artırsın, hətta milyardlarla büdcə ayırıb Amerka İslamını təbliğ edən, yaxud ifratçı alim və müctehidnümalar yetişdirsin (əhli sünnəni və onların müqəddəs saydıqlarını açığ-aşkar lənətləyən, dünyadan xəbərsiz alimlər nəzərdə tutlur), amma bir nəfər vilayəti-fəqihə bağlı əqidəsi möhkəm şiə yetişməsin. Çünki vəliyyi-fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir. O, dini Allah tərəfindən göndərilmiş konstitusiya hesab edir (DİN – sağlam həyat konstitusiyası) və buna əsasən dünyada heç bir şeyi dindən ayrı hesab etmir. O, İslam dinini və onun qanunlarını yalnız məsum İmamın dövrünə aid etmir. O hər zaman vilayəti-fəqihin bayrağı altında insaniyyət və bəndəlik konstitusiyasını, milli-mənəvi dəyərləri müdafiə etməyə hazırdır.
Hal-hazırda bütün dünyada və vətənimiz Azərbaycanda İslam düşmənləri tərəfindən vilayəti-fəqih məsələsinə qarşı çirkin təbliğat icra olunmaqdadır. Bəzi “mollalar” vilayəti-fəqihi inkar edib ixtilaf yaradır, İslam düşmənlərindən külli miqdarda pul alırlar. Ey müsəlman! MƏGƏR İslamda hər məsələ həll oldu, qaldı vilayəti-fəqih məsələsi ki, onu bayraq edib müsəlmanlar arasında ixtilaf salırsınız?! Əgər istənilən bir şəkildə vilayəti-fəqih mövzusu sizin üçün sübuta yetməyibsə, yenə də haqqınız yoxdur ki, onu ixtilaf amili qərar verəsiniz. Vilayəti-fəqih mövzusunun həqiqət olmadığını heç vaxt sübüt edə bilməzsiniz. Belə bir halda kim sizə ixtiyar verib ki, ən azı zərərsiz bir mövzunu şiələr arasında ixtilaf amili qərar verib dini cameələri problemlə üzbəüz qoyasınız?! Qorxun Allahdan! Sizcə indiki zülm dünyasında və vəhdət vacib olan vaxtda İmam Zamanın (əc) dərdi və problemi ancaq vilayəti-fəqih məsələsidir?
Hal-hazırda vilayəti-fəqih İslam aləmi üçün böyük nemətdir. Gəlin onun qədrini bilək. Düşmənin sözünü təkrarlamayaq, ayıq və bəsirətli olaq, küfrə qarşı dayananı himayə edək. Düşməni pisliyənə arxa duraq və düşməni zəiflədən nöqtələri tanıyaq. Allaha min şükürlər olsun ki, hal-hazırda çoxsaylı müctehidlərimiz vəliyyi-fəqihin arxasında dağ kimi dayanıblar, onu himayə edirlər, onu dua edirlər. Məsələn, Ayətullah Sistanilər, Məkarim Şirazilər, Nuri Həmədanilər, Vəhid Xorasanilər, Cavadi Amolilər, Safi Gülpayganilər…
Alim var ki, onun bir sözü müsəlmanlar arasında vəhdətə səbəb olur, düşmənin belini qırır, haqq cəbhəsini ruhlandırır. O, fətva və hökm verəndə ancaq öz ətrafına baxmır, bütün dünyanın və müsəlman aləminin xeyirini nəzərə alır. Alim də var ki, onun hər sözü şiələr arasında ixtilafa səbəb olur, şiə-sünni düşmənçiliyini gücləndirir, düşməni sevindirir, haqq uğrunda çalışanları ruhdan salır. Düşmənin 10 ilə vura bilməyəcəyi zərbəni belələri bir günə vurur. Bu cür alimə deyirlər bəsirətsiz!
Allah bizi İmam Zamanın (əc) və vəliyyi-fəqih Ayətullah Xameneinin əsgərlərindən qərar vesin inşallah. AMİN
İlahiyyatçı alim Tohid İbrahimbəyli


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter