İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır?


Əziz İslam Peyğəmbəri Hz. Məhəmməd (s): Altı şey altı yerdə qəribdir:
1). Məscid namazqılmayanlar arasında;
2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında;
3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən);
4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində;
5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində;
6). Alim, ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.

Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter