Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?


İmam Hüseynin (ə) mübarək qoşunu Məhərrəm ayıınn səkkizində susuzluqdan çox əziyyət çəkirdi. Ona görə də İmam (ə) külüngünü götürür və xeymələrin arxasına keçir. Qibləyə tərəf 19 addım məsafənı qazmağa başlayır. Oradan şəffaf su çıxdı və hamı bu sudan içdilər. Meşkinləri doldurdular, sonra həmin su yoxa çıxdı. Bu xəbər Ubeydullah ibn Ziyada (Allahın lənəti ona və soyuna olsun!) çatan zaman Ömər ibni Sədin (Allahın ona əbədi lənəti olsun!) yanına elçi göndərir və deyir: “Mənə xəbər gəlib çatıb ki, Hüseyn (ə) quyu qazır və su əldə edir. Bu məktub sənə çatan kimi çalış ki, onların əli suya çatmasın”. Ömər də bu əmri ən nanəcib şəkildə yerinə yetirdi. (Tebyan)
Məhərrəm ayının doqquzuncu günündə Şimr ibni Zilcöşən (Allahın ona əbədi lənəti olsun) ibn Ziyaddan aldığı məktubları götürüb, tələsik halda Kərbəlaya gəldi. O, bu məktubları Ömər üçün oxudu. Ömər (lən) Şimrə (lən) dedi: “Vay olsun sənə! Allah evini xarab etsin. Necə də mənim üçün çirkin bir məktub gətirmisən. Allaha and olsun ki, sən Ubeydullahı mənim ona yazdığımdan çəkindirmisən və işi xarab etmisən”.
Şimr (lən) döyüş niyyətilə Kərbəlaya daxil olmuşdu. İbn Ziyaddan (lən) öz qohumları üçün amannamə almışdı. Bu insanların içində Həzrət Abbas (ə) da var idi. Ona görə də Şimr İmam Hüseynin (ə) xeyməsinə yaxınlaşır və Həzrət Abbası istəyir. Şimr (lən) ona və qardaşlarına deyir: “Ubeydullahdan sizin üçün amannamə gətirmişəm”. Onların hamısı deyir: “Allah sənə və amannamənə lənət etsin. Bizim amanımız olsun, lakin Peyğəmbər (s) qızının övladının olmasın?!”.
Düşmən Tasua günü döyüş elanı etdi. Lakin Əbülfəzl Abbas ağa (ə) onlarla danışıb, bu döyüşü bir gün təxirə saldı.
Aşura gecəsinin 5 mühüm hadisəsi.
1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmiyə xəbər verirlər ki, oğlun Rey sərhədində əsir düşmüşdür. O, cavabında demişdi: “Onun və özümün müsibət savabını Allah Təaladan istəyirəm. Sevmirəm ki, oğlum əsir olsun və mən sağ qalım”. İmam Hüseyn (ə) bu sözləri eşidib buyurdu: “Allah səni bağışlasın, mən beyətimi səndən götürdüm, get və övladını azad etmək üçün çalış”. Bəşir deyir: “Əgər bu cür etsəm, səndən ayrılacağam”. İmam (ə) ona beş qiymətli paltar verdi ki, hər birinin qiyməti min dinar idi. Buyurdu: “Onda bu paltarları səninlə bir yerdə gələn oğluna ver ki, o, öz qardaşını azad etmək üçün ondan istifadə etsin”.
2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən agah etdi. Onlara İlahi savabı müjdələdi. Qasim ibni Həsən (ə), İmam Hüseynə (ə) buyurdu: “Mən də şəhid olacağam?”. İmam (ə) ona mehribanlıqla baxıb buyurdu: “Oğlum, ölüm sənin üçün necədir?”. Dedi: “Ey əmi! Ölüm mənim üçün baldan da şirindir”. İmam Hüseyn (ə) buyurdu: “Bəli, sən də şəhid olacaqsan. Həmçinin oğlum Abdullah da (südəmər Əli Əsğər) şəhid olacaqdır”. Qasim dedi: “Məgər düşmən xeymələrə də hücum edəcəkdir?”. İmam Hüseyn (ə) Abdullahın şəhadət macərasına işarə edir və Qasim tab gətirmir və nalə çəkib ağlayır. Sonra hamı ağlamağa başlayır.
3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun. Əmr edir ki, düşmən hücum edən zaman xəndəyin üzərində olan cubuqlara atəş vursunlar ki, düşmənin xeymələrlə əlaqəsi arxadan kəsilmiş olsun.
4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir. İmam (ə) öz tərəfdaşlarına buyurur: “Qalxın, qüsl alın və dəstəmaz alın ki, bu, sizin sonuncu azuqənizdir”.
5. İmam (ə) Aşura gecəsində etdiyi xütbədən sonra işıqları söndürməyi əmr edir və sonra buyurur ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter