Dünya xoşbəxtlİyİndə dİnİn rolu varmı?


Cavab: Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur.
Hansı ki, din, axirət evindən əvvəl dünya evini qorumaq üçündür. Peyğəmbər (ə) öz qövmünə xitabən deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar».(«Nuh» surəsi, ayə 10-12.)
Yalanın, saxtakarlığın, oğurluğun, rüşvətxorluğun cəmiyyəti məhv etməsini kim inkar edə bilər?! Zülm və sitəmin bəşəriyyəti qara günə qoyduğunu kim inkar edə bilər?! Allaha etiqadlı, peyğəmbər göstərişlərinə əməl edən, insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?!
«Hud» surəsinin 3-cü ayəsindəki «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruğu bir daha təsdiq edir ki, din insanın əvvəlcə dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini nəzərdə tutur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter