Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı?
O surətdəki, İmam camatlıq şəraitinə malik olsa, və xanımının bu işi kişin laqeydliyi ucbatından olmasa, vəehtimal olunsa ki o əmr be məuf və nəh əz münkər edib, və xanımın hicabsız olmasına razı deyil, bu halda namazda ona iqtida etmək olar.
Geniş cavablar:
Mərcəi təqlidlərin bu suala nisbət cavabı belədir[1]:
Həzrəti Ayətullah ul üzma Xamneyi (Allah onun sayəsin əskiltməsin):
Əgər İmam camatlıq şərtlərini daşısa ona iqtida etmək olar.
İmam Camaat gərək baliğ, aqil, on iki İmamçı, adil və halalzadə olsun və namazı düzgün şəkildə oxusun və qılsın, və əgər iqtida edənlər kişidilərsə, İmamda kişi olmalıdır, Və ədalət nəfsani bi hələtdir ki, səbəb olur insan həmişə təqvalı olsun, yəni şəri vacibləri əncam verib və şəri haramlardan çəkinsin. Onu ələ gətirmək üçün Zahiri hüsn və zahiri riayət etməsi kifayətdir.
Həzrəti Ayətullah ul üzma Məkarim Şirazı (Allah onun sayəsin əskiltməsin):
Əgər bilsəniz ki həyat yoldaşını əmr be məruf və nəh əz münkər etmir və onun işinə razılığı var, bu surətdə ona iqtida etmək olmaz.
Həzrəti Ayətullah ul üzma Safi Gülpayqani (Allah onun sayəsin əskiltməsin):
Əgər İmam Camaatın özü günah əhli olmasa və öz şəri vəzifəsinə əməl etsə, ona iqtida etməyin maneəsi yoxdur.
Həzrəti Ayətullah ul üzma Nuri Həmədani (Allah onun sayəsin əskiltməsin):
O surətdəki, qeyd olunan əməl o şəxsin laqeyidliyinə və əmr beməruf və nəhy əz münkər etməməsinə istinad olunarsa, adil eyil, və ona iqtida etmək olmaz.
[1] - Həzrəti Ayətullah ul üzma Xamneyi, Məkarim Şirazı, Safi Gülpayqani və Nuri Həmədani (Allah onların sayəsin əskiltməsin) dəftərlərindən İslamkest saytı tərəfindən istifta olunub.(İslamquest.net/)