Puldan da vacib olan şeylər nələrdir?


Sahibnəzərlər deyirlər:
Gözünüz ancaq onun-bunun pulunu saymasın. Həyatda puldan önəmli, dəyərli elə məfhumlar var ki, biz bəzən onlar haqqında unuduruq. Onları sadalayırıq:
1-Savad —Təhsil almağa, oxumağa davam edin. Savadlı adamın həmişə çörəyi var.

2-Nigah — Birisini öz həyatınıza bütünlüklə qəbul etmək, sizin həyatınızı dəyişir. Partnyorunuz sizi stimullaşdırır, ona layiq biri olmaq üçün can atır,daha çox işləyir, daha çox uğur qazanırsınız.

3-Fiziki sağlamlıq — Sağlamlığı almaq olmaz.Cansağlığı böyük nemətdir.

4-Psixoloji sağlamlıq — Öz hisslərimizi sağlam yolla ifadə etmək. Bizi narahat edən problemlərin həlli yolunu tapmaq,çətinliklərdən qorxmamaq üçün psixologiyamız gərək güclü olsun.

5-Öz gücümüzə söykənmək — Pul gəldi-gedər şeydir. Maddiyyatsız sağ qalmaq, yaşamaq və hətta irəli getmək. Bu o deməkdir ki, pul o qədər də dəyərli deyil. Dəyərli olan siz, özünüzə inamınız, bacarığınız və gücünüzdür.Özünüzə inanın.

6-Ünsiyyət — Öz fikirlərmizi auditoriyaya bildirmək qabiliyyəti həqiqətən qiymətsizdir. Bu kommunikativ bacarıq bizim daxili aləmizi başqaları ilə bölüşməyə imkan verir.

7-Başqalarına kömək etmək – Bəzi insanlar üçün başqalarına kömək etmək, önəmli dəyərə malikdir. Onlar başqalarına yardım etmiş olduqda, özlərini çox xoşbəxt hiss edirlər və bu xoşbəxtlik, heç bir maddiyyatla ölçülə bilməz.

8-Minnətdarlıq və şükür etmək — Bəzən biz əlmizdə olmuyanlara o qədərdə önəm vermiyib, məhz əlimizdə olanlara görə şükür etməliyik. Bəlkə də bizim sahib olduğumuz kiminsə arzususdur.

9-Mənəviyyat — Bu çox önəmli məhfumdur. Bəzən biz oxuyaraq, nəzarət edərək, düşünərək və dua edərək ağlasığmaz dərəcədə rahatlıq tapırıq. Hətta sevinc də tapırıq. Hansını ki, nə başqa yerlərdə nə də pulla tapa bilirik.

10-Dostlar – insanın qolu və söykənəcəyi gücdür. Əli (ə) buyurur: Bədbəxt insan odur ki dost tapa bilmir, ondan bədbəxti o şəxsdir ki, dostu tapa və onu itirə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter