İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın?


Tarixdə Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Məlum olan budur ki, Qumda İslamdan öncə yaşayış olub və tarixdə bu barədə işarələr var. Amma Qumun dəqiq hüdudları, onun müxtəlif dövrlərdə və İslamdan öncəki əsrlərdəki durumu tam aydın deyil. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar.

Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Qədim tarixçilərdən bəziləri İslamın zühüründan öncə Qumda hakim olmuş tanınmış şəxslərin adını qeyd ediblər. \"Ənvarul-məşəşəyn\" kitabının müəllifi \"Sirul-muluki-əcəm\" kitabından nəql edərək deyir: \"Bəhram-gur Ərməniyyə məntəqəsinə gedərkən yolu Savə ətrafından keçir. O, Qum və Qumun kəndlərinin bünövrəsini qoyub, onu \"Məmcan\" adlandırdı. Amma Qum şəhərinin əsil məhəllini nəzərə alsaq, onun xarabaları hazırda şəhərin şərqə doğru bir kilometrliyində müşahidə edilir. Şəhər ətrafındakı kəndlərin adına və həmin kəndlərdə yaşayanların həyat durumuna baxdıqda şəkk qalmır ki, Yaqut Həməvinin dediklərinin ziddinə olaraq, Qum İslam dövründə salınmış şəhərlərdən deyil. O, İslamın zühurundan qabaq movcud olub və İranın abad şəhərlərindən sayılıb. (2) \"Qum\" adı və onun zəfəranının tərifi barədə Sasanilər dövrünə məxsus \"Xosrov və Kəvazan və Rizək\" kitabında yazılıb. Əlimizdə olan başqa bir sənəddə Makedoniyalı İsgəndərin Qumu viran qoyması xəbər verilir. Böyük ehtimala əsasən, Qumun abadlığı Həxamənşiyan dövründən başlayıb. Qumun bünövrəsinin Təhmurəs tərəfindən qoyulması məlumatı onun qədimliyini göstərir. Şübhəsiz ki, Sasanilərin dövründə Qum məşhur olub... Firdovsinin \"Şahnamə\"sində üç yerdə Qumun adı çəkilir. (3) Qum İslamdan sonra Hicri 1-ci əsrin əvvəllərində, 23-cü ildə müsəlmanlar İrana hücum edən zaman Qum şəhəri Əbu Musa Əşəri tərəfindən fəth edildi. Bəziləri Qumun Əhnəf ibn Qeys tərəfindən fəth edildiyini bildirirlər. Ərəblərin Quma gediş-gəlişi tədricən bu şəhərə yol açdı, nəhayət Əbdül Məlik ibn Mərvanın xilafəti dövründə Bənil Əşər tayfasından bir qrup ərəb Qumda məskunlaşıb, şəhəri öz nüfuzları altına aldılar. Qumda elmi hövzənin bünövrəsi Əşərilər tərəfindən qoyulduğundan onların Quma gəlişi haqqında Qum elmi hövzəsinin tarixi bölməsində danışacağıq. (4) Qum Abbasilərin dövründə Əli (ə) övladlarını hakimiyyəti itirmək qorxusu ilə daim təqib edən Abbasilərin dövründə bu zünrədən olan bir çox insan Quma pınah gətirdi. Həmin vaxtlardan başlayaraq şiə təfəkkürü Qum sakinlərinin təfəkkürünə nüfuz etməyə başladı. Tədricən bu şəhər şiə şəhəri kimi tanınmağa başladı. Buna görə də xəlifələr Quma daim biganəlik göstərir, sakinlərin qayğısına qalmırdılar. (5) Bu səbəbdən də Qum hicri 2 əsrin sonlarınadək İsfahana tabe olub və onun müstəqil hakimi olmayıb. Nəhayət, Harun ər-Rəşidin dövründə (170-193) Qumun nüfuzlu şəxslərindən olan Həmzə ibn Yəsə Harun ər-Rəşidin yanına gedib, Qumun İsfahandan ayrılmasını, şəhərdə cümə, fitr və qurban bayramı namazlarının qılınması üçün icazə istəyib. Harun o ər-Rəşid onun xahişini yerinə yetirib. Qumun adlı-sanlı əmirlərindən olan Həmzə ibn Yəsə Harun Ərrəşiddən Qumun müstəqilliyi üçün icazə aldıqdan sonra şəhərdən əkinçilik və ticarət müqabilində xərac və vergi toplamaq məsuliyyətini öz üzərinə götürüb. O bu işdə çox çalışırdı, hətta Qumun ərazisini müəyyənləşdirib xəlifəyə vergi ödəyirdi. (Bu barədə Qum elmi hövzəsi barədə danışarkən müəyyən açıqlamalar vercəyik.) Kufə şiələrinin Quma hicrəti və qumluların şiəliyi İslamın ilkin vaxtlarından şiələr hakimlərin təzyiqləri altında olsalar da, agah insanlar həqiqəti dərk edib şiəliyə üz tuturdular. Ömərin xəlifəliyi dövründə müsəlmanlar İrana hücum edəndə və üçüncü Yəzdəgirdi məğlub edəndə İslam ordusu tədricən bütün İranı fəth etdi və Xorasana qaçmış Yəzdəgirdi Mərv şəhərində bir dəyirmançı öldürdü. (6) Hicri 22-ci ildə yəni Nəhavənd hadisəsindən bir il sonra ərəb qoşunu Rey, Zəncan, Azərbaycan şəhərlərini və bugünkü Semnan, Damğan, Şahruddan ibarət olan Qoməs şəhərlərini tutdu. Növbəti il Həmədan, Qum, Kaşan və İsfahan ərəblərin əlinə keçdi. Həmin dövrdə İranın əksər ziyalı insanları müqəddəs İslam dinini qəbul etdilər. Maraqlıdır ki, hicri 1 əsrin sonları, hicri 2 əsrin əvvəllərində beşinci şiə İmamı İmam Baqirin dövründə əməvilər hökumətində ictimai-siyasi gərginlik səbəbindən ölkənin ucqarlarından şiələr İmamın ətrafına toplanıb dini maarif təhsilinə başladılar. Hicri 1 əsr başa çatmamış Kufədən bir neçə şiənin Quma gəlişi yerli əhalini şiə məzhəbinə sövq etdi. İran əhalisinin əksəriyyətinin şiə məzhəbində olması belə bir həqiqəti təsdiqləyir ki, ikinci xəlifənin vaxtında İran fəth olunmaqla İslamı qəbul etdisə, Qum əhalisinin şiəliyə gəlişi üçün bu şəhərə bir neçə şiənin köçməsi kifayət edib. (7)Tarixi mənbələrdən göründüyü kimi, Qum hicri 2 əsrin ortalarından 4 əsrin ortalarınadək, təqribən iki yüz il çox abad, geniş, izdihamlı bir şəhər olub. Amma 4 əsrdən başlayaraq baş verən müxtəlif hadisələr bu şəhəri viran qoymuş və Qum dəfələrlə abadlaşıb viran qalmışdır. “Qumun qədim tarixi” kitabının müəllifi bu şəhərin tarixinin yazılmasının çətinliklərini vurğulayaraq bildirir: “Məhəlli viran olmuş, əhalisi dağılmış, ad-ünvanı qalmış bir şəhər...” (“Qumun qədim tarixi”nin tərcüməsi, s.13) (8)Qum - Əli ailəsini qəbul etməyə hazır şəhər Bu torpaq hicri 1 və 2 əsrlərdə başına gələn min bir oyuna baxmayaraq, hicri 1 əsrin ikinci yarısında şiə məzhəbnə qoynunda yer verdi, onda şiəlik toxumları cücərdi. Qum çox keçməmiş tam şiə şəhəri vəziyyətinə gəldi. Şəhər Əli ailəsini qəbul etməyə hazır idi. Peyğəmbər ailəsindən buraya qədəm qoyan istənilən bir şəxs tam izzət və ehtiramla yaşaya bilərdi. (9) Buna görə də şiə məzhəbinin bir sıra tanınmış şəxsləri, seyidlər bu torpaqda sakin oldular. Onların arasında şiələrin yeddinci İmamı həzrət Musa ibn Cəfərin (ə) qızı Xanım Məsumə (ə) də vardı. Xanımın Quma gəlişi ilə bu şəhər İslam tarixində özünə yer aldı. Hələ illərcə qabaq şiə öncülləri xanımın Quma səfəri haqqında xəbər vermişdilər. Bu kitabın ikinci fəslində həzrət Məsumənin (ə) Quma gəlişi haqqında ətraflı məlumat verəcəyik. Qum miladi 1221-ci ilədək (qəməri 7-ci əsr) nisbi asayişdə idi. Nəhayət, bu mühüm hadisə baş verdi. Həmin il bu şəhər qarətçi monqol qoşunlarının əlinə keçdi və dağıdıldı. Həmin hadisədən yarım əsrdən az ötmüş Teymurləng Quma hücum etdi. Xalqın uzun-uzadı müqavimətinə baxmayaraq Teymurləng şəhəri tutdu, müqavimət göstərən xalqı qılıncdan keçirdi, şəhəri viran qoydu. (10)Xaricilər Qum haqqında Qədim dövrlərdən başlayaraq bu günədək xarici ölkələrdən Quma bir çox səyyahlar gəlib. Onlar şəhəri tarixi, məzhəbi və ictimai baxımdan öyrəniblər. Qumda olmuş və şəhəri müxtəlif yönlərdən araşdırmış bəzi xaricilərlə tanış olaq: 1.Cyarofo Barbara 2. Embrocyo Kontarini Bu iki venetsiyalı səyyah miladi 1474-cü ildə (hicri 453) Qum şəhərinə daxil olub və bir neçə gün bu şəhərdə qalıblar. Barbara öz gündəliyində yazır: “Qum divarlarla mühasirəyə alınmış bir şəhərdir. Onun tikililərində sənətkarlıq müşahidə edilmir.” Sonra səyyah Qumun meyvə bağlarından yazır. Kontarini yazır: “Bu şəhərdə hər şeydən istədiyin qədər tapa bilərsən. Onun bazarlarında bolluq və çeşidlilik var. Gözlənildiyi kimi, bu qədim şəhərin sakinləri şiə məzhəbinin müdafiəçilərini sevmiş və onlara yardım göstərmişlər.” Buna görə də 16-cı əsrin əvvələrində məşhur şiəlik müdafiəçisi Şah İsmayıl Səfəvi Quma gələndə xalq onu məhəbbətlə qarşılamışdır. Amma bu şəhərə hörmət gətirən ondakı ziyarətgahlar və Şah Abbas dövründən başlayaraq ardı-arası kəsilməyən ziyarətçilərdir. (11) 3. İngilis Con Kartrayt miladi 1600-cü ildə Qumda olmuş və öz gündəliyində yazmışdır: “Teymurləng bu gözəl şəhəri viran qoyduqdan sonra onun ərazisi yarıyadək azalmışdır.” 4. Birinci Şah Abbasın sarayında 1618-ci ildə İspaniyanın səfiri olmuş Don Qarsiya Qumu gördükdən sonra yazmışdır: “Qumun küçə və xiyabanlarında insanların izdihamına baxmayaraq onların arasında qadın görmək çətindir.\" (12)5.Bir əsr sonra Qumda olmuş Tomas Herbert yazır: “Bu şəhərdə 2 mindən artıq ev var. Onların böyük əksəriyyəti gözəl tikilib, gözəl döşənib və gözəl formadadır... Onun küçə və xiyabanları geniş, bazarı gözəldir. Hazırda Qum əksər Asiya şəhərləri kimi divarsızdır. Onun gözəl, cazibədar məscidi var.” (13) 6.Qacarlar dövründə Quma səfər etmiş Şardən bu şəhəri böyük bir şəhər kimi yad edərək yazır: “Bu şəhərdə 15 minədək ev var. Fəthəli şah Qacar tacqoyma mərasimindən sonra Qumu abadlaşdırmaq barədə vədinə əməl edərək xanım Fatimənin (s) hərəminin günbəzini qızıl vərəqələrlə örtdü. Bu günbəz indi də parlamaqdadır.” Nə üçün bu şəhəri qum adlandiriblar? Bu şəhərin Qum adlandırılması ilə bağlı müxtəlif fikirlər var. Həmin fikirləri xülasə şəkildə zikr edirik, özünüz nəticə çıxarın: 1. “Qum” sözü “kumə” sözündəndir. Bu məntəqə şəhər şəklinə düşməzdən əvvəl su dolu çökəklər şəklində olub. Çobanlar qoyunlara su vermək üçün buraya gəlmiş, çökəklərin ətrafındakı yaşıllıqlarda qoyunları otarmışlar. Çobanlar burada uzun müddət qaldıqlarından farsların “kumə” adlandırdıqları yaşayış yerləri tikmişlər. Kumələr zaman keçdikcə artmış və burada kənd yaranmışdır. Kəndin ərazisi genişlənmiş şəhər həddinə çatmışdır. Həmin kumələrə xatir bu məntəqə “Kum” adlandırılmışdır. İslamın zühurundan sonra ərəb dili yerli dilə təsir etmiş və bir sıra fars sözləri öz formasını dəyişmişdir. Beləcə, “Kum” “Qum” şəklinə düşmüşdür. Necə ki, “Kermanşahan” “Qermisin” şəklində oxunmuşdur. (14) 2. İslam Peyğəmbəri(s) merac gecəsi iblisin bir ərazidə oturduğunu gördü. Həzrət buyurdu:\"Qum ya məlun!\"(\"Qalx, ey məlun!\") Bu səbəbdən də həmin ərazi Qum adlandırıldı. İblisə \"qum\" buyurub Lənətlədi Peyğəmbər. Elə o vaxtdan bəri Qum adlandı bu şəhər. (15) Peyğəmbər meracda olduğu gecə İblis oturmuşdu Qumda şən, aram. Peyğəmbər əmr etdi: rədd ol, ey alçaq, Bu torpağı əmin edib Yaradan. (16) 4. İmam Hadi (ə) buyurur: \"Bu şəhər ona görə Qum adlandırılıb ki, məşhur tufan zamanı həzrət Nuhun gəmisi burada dayanıb. Bu yer Beytül-müqəddəsin bir parçasıdır.\" 5. İmam Sadiq (ə) buyurur: \"Bu şəhər ona görə Qum adlandırılıb ki, onun əhli İmam Mehdi (s) ilə birlikdə qiyama qalxar və ona arxa olar.\" (17) 6. Bəziləri bildirirlər ki, Qum ətrafında sulu çay, dəryaça, çökəklik çox olduğundan ərəblər bu yeri \"Qumqumə\" adlandırıblar. Sonradan şəkilçilər düşmüş və həmin ad \"Qum\" şəklini almışdır. (18) 7. Qumun adlandırılması versiyalarından biri bu yerin əvvəllər \"Koməndan\" adı ilə qeyd edilməsidir. Sonradan bu sözdən hərflər düşmüş və o \"Qum\" şəklinə düşmüşdür. Yadda saxlamalıyıq ki, bu yerin bu vaxtadək qeyd olunmuş ən məşhur adı Qumdur. Amma onun başqa adları da var və bu adlar \"Ənvarul-muşəşəin\" kitabında verilmişdir. (c.1,səh.96) Kitabda bildirilir ki, adların çoxluğu şərafətin artdığını göstərir. (19) Həmin adları təqdim edirik: Zəhra, Ərzun-cəbəl, Qət-ətun-min bəytil-muqəddəs, Mutəhhərəh, Muqəddəsəh, Məcməu ənsaril-qaim, Hərəmu əhlil-beyt, Huccətun-ələl-bilad, Bəhrun, Məva lil-fatimiyyin, İsterahətqahe-momin, Aşiyaneye-ali muhəmməd, Mədənən lişşiə, Kufeyi-səğire, Məva lişiəti ali muhəmməd, Mədənən lil-elmi vəl-fəzl, Muxtaul-bilad, Muqəssimul-cəbbarin, Muzabbul-cəbbarin, Bələdul-əimmə, Bələdul-şiətil-əimmə, Əmanun lil-xaifin, Məfzəun lil-mominin, Məfərrun lil-haribin, Əlmədfuu ənhəl-bəla, Əlmərfuu ənhəl-bəla, Əlməftuhu iləyhi babəl-cənnəh, Bələdul-əmin, Mərfuful-məlaikə, Xake-fərəc, Məhrusul-məlaikə, Muzəyyənun bil-ərəb (20) Mübarək Qum torpağının müqəddəsliyi Qumun müqəddəsliyi və fəzilətləri barədə rəvayətlər çoxdur. (“Bihar”, c.60, s211-231) Rəvayətlərdə Qum müxtəlif şəkillərdə təriflənir. Həmin rəvayətlərdən bəzilərini nəzərdən keçiririk: 1.Bir gün Rey əhlindən bir qrupu Mədinədə İmam Sadiqin (ə) görüşünə getdi. Onlar İmama (ə) Reydən olduqlarını söylədilər. İmam Sadiq (ə) buyurdu: “Afərin Qumdan olan qardaşlarımıza!” Onlar Reydən olduqlarını təkrarladılar. İmam da öz buyuruğunu növbəti dəfə dilə gətirdi və belə davam etdi: “Allah üçün bir hərəm var və o Məkkədir. Allahın Rəsulu (s) üçün hərəm var və o Mədinədir. Əmirəl-möminin Əli (ə) üçün hərəm var və o Kufədir. Bizim hərəmimiz isə Qum şəhəridir...” (“Bihar”, c.60, s.216) (21) 2. Digər bir rəvayətdə Qazi Nurullah Şüştəridən nəql olunur ki, İmam Sadiq (ə) Məkkənin Allaha, Mədinənin peyğəmbərə (s), Kufənin həzrət Əliyə (ə), Qumun məsum İmamlara aid olduğunu vurğuladıqdan sonra buyurur: \"Bilin ki, Qum kiçik Kufədir. Behiştin səkkiz qapısından üçü Quma doğrudur. Mənim övladlarımdan Musa ibn Cəfərin qızı Fatimə orada dünyasını dəyişər. Onun şəfaəti ilə bütün şiələrimiz behiştə daxil olar.\" (\"Bihar\", c.60, s. 228; \"Məcalisul-mominin\", c.1, s.83) Bu hədisdən bir neçə nöqtə aydınlaşır: Qum da Kufə kimi peyğəmbər ailəsi elmlərinin yayıldığı mərkəzdir; Qumdan behiştə üç qapı açılır; xanım Məsumənin (ə) şəfaət məqamı çox böyükdür. (22) 3.Xanım Məsumənin (s) şəfaət məqamı çox böyükdür. Qumdan behiştə doğru üç qapı açılması ilə bağlı İmam Riza (ə) buyurur: \"Behiştin səkkiz qapısı var - onlardan üçü Qum əhli üçündür. Xoş onların halına...\" (\"Bihar\", c.60, s.228) (23) Çox ehtimal ki, behiştin bu üç qapısı Qumun üç imtiyazı ilə bağlıdır: 1. Xanım Məsumənin (ə) hərəminin Qumda olması: bu səciyyə insanların behiştə sövq edilməsi səbəbidir; 2. İnsanların hidayət səbəbi olan Qum elmi hövzəsi; 3. Cəmkəran məcsidi, Məkkə və Kufədən sonra bu şəhərin İmam Mehdi (ə) ilə bağlı mərkəz kimi tanınması (24) İmam Mehdi (əc) müqəddəs Cəmkəran məscidində insanları səadətə, Allahın razılığı və behiştə çatdıracaq vasitələr hazırlayar. Onun mənəvi təsirləri bu gün də göz qabağındadır. (25) İmam Sadiq (ə) buyurur: \"Qum bizim və bizim şiələrimizin şəhəridir. Bu şəhər müqəddəs və pak şəhərdir.Bu şəhərin əhli bizim vilayətimizi və bizimlə dostluğu qəbul etmişdir. Nə qədər xəyanət etməyiblər onlara pislik etmək istəyən cəzasına çatar. Xəyanət etsələr, Allah zalım bir şəxsi onlara hakim edər. Onlar bizim qaim İmam Mehdinin (ə) yardımçıları, bizim haqqımızı tələb edənlərdir. \" Sonra həzrət üzünü səmaya tutub dua etdi: \"Pərvərdigara, Qum əhlini bütün fitnələrdən qoru, onları bütün fəlakətlərdən xilas et.\" (26) 4. Həzrət Əbdül-əzim Həsəni, İshaq ibn Nasehdən nəql edir ki, İmam Kazim (ə) Qum haqqında buyurub: \"Qum Ali-Məhəmməd yurdu, onların şiələrinin sığınacağıdır.\" (\"Bihar\"Ş c.6, s.214).
http://www.sibtayn.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter