Nə üçün şiələr gündəlik namazları üç vaxtda qılır əhli-sünnətin kitabında bu haqda dəlil varmı?


Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma \"Səhihe Müslim”(Babul-cəmi beynəs-səlateyni, hədis 705, səh-314.) və \"Səhihe Buxari”(Səhih Buxari, kitabul Məvaqit, babu təxiriz-zöhri iləl əsri, hədis 543 və babul vəqtil-məğrib, hədis 562 və əbvabut-tətəvvui, fəsl 30, hədis 1174.)də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bəzən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin \"Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: \"İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”(\"Töhfətul-ixvan”, Ben Baz, s. 174) -- ehliwie-samux.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter