Yoxsulluğa səbəb olan amillər nələrdir?


Yoxsul olmaq eyb deyildir. O şey ki, yoxsul olmaqda bəyənilmir – odur ki, insan əməllərinin sayəsində yoxsul olar. Özünü və başqalarını əziyyətə salar. Yoxsulluqla vuruşan və mübarizə aparan insanlar da az deyildir. (Tebyan)
İnsanlar adətən üç növ yoxsulluqla üzləşərlər: biri o yoxsulluqdur ki, insan dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. İkinci o yoxsulluqdur ki, mömin üçün günahlarının kəffarəsidir. Üçüncüsü isə o yoxsulluqdur ki, insan əgər ona səbir edərsə, dərəcəsinin artmasına və böyük savaba nəsib olar.
Qurana nəzər salan zaman görmək olur ki, insanın yoxsul olmasına səbəb olan ən böyük amil – günah və büdrəmələrdir.
1. Yaxın qohumlarla əlaqəni kəsmək.
İnsanın yoxsul olamsına səbəb olan amillərdən biri - yaxın qohumları ilə əlaqəsini kəsməsidir. Əmirəl-möminin (ə) buyurur: “Qohumlarla əlaqəni kəsmək yoxsulluq gətirər”.
2. İsraf.
Allahın verdiyi nemətlərin çoxunu tələf etmək və israf etmək yoxsulluq gətirər. İmam Sadiq (ə) buyurur: “İsraf insanı yoxsul edər və düzgün iqtisadi rəhbərlik insanı ehtiyacsız edər”.
3. Zina.
Həzrət Peyğəmbər (s) buyurur: “Zinanın beş ziyanı vardır: abırı aradan aparar, yoxsulluğa səbəb olar, ömrü qısa edər, Allahın qəzəbinə səbəb olar, insanı cavidan cəhənnəmə salar”. İmam Sadiq (ə) buyurur: “Zina o günahlardandır ki, ruzinin nazil olmasının qarşısını alar”.
4. Haram musiqiyə qulaq asmaq.
Haram və ğina musiqilərinə qulaq asmaq yoxsulluq gətirər. Təəssüf ki, bu pis əməl geniş yayılmışdır.
5. Namazı yüngül hesab etmək.
Namaza yüngül münasibət bəsləmək insana yoxsulluq gətirər.
6. Yalana adət etmək.
Bəziləri üçün yalan danışmaq çirkin bir adətə çevrilmişdir. Hədislərimiz bizi xəbərdar edir ki, bu pis əməl yoxsulluğa səbəb olar. İmam Əli (ə) buyurur: “Yalan danışmağa adət etmək yoxsulluq gətirər”.
7. Yalandan and içmək.
İnsan həyatından və ruzisindən bərəkəti aparan amillərdən biri də yalandan and içməkdir.
8. Övladını lənətləmək.
Bəzi valideynlər ürəklərinə su səpmək üçün övadlarını lənətləyər və nifrin edərlər. Həzrət Peyğəmbər (s) buyurur ki, insana yoxsulluq gətirən amillərdən biri də məhz budur. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter