Paxıl insanın nişanələri. Paxıllığı müalicə etməyin yolları hansılardır?


İslam təlimlərində həsəd, küfrün köklərindən biri kimi tanıdılmışdır. İmam Sadiq (ə) buyurur: “Şeytan öz ordusuna deyər: “İnsanların arasına həsəd və təcavüzkarlıq salın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir””. Qədimdən deyirdilər ki, paxıl insan heç bir zaman rahatlğı tapmaz. Bu, həqiqətən də belədir. Həsəd aparan insan həmişə öz həsədinin əzab və əziyyətini çəkir. (Tebyan)
Həsəd - Adəm övladının düçar olduğöu ilk günahdır. Qabil bu günaha düçar olaraq, qardaşı Habili öldürür. Hədislərimiz məzəmmətli dillə həsədi həmişə pisləyibdir. Çünki həsəd imanı məhv edər və atəş kimi yaxşılıqları külə çevirər. Həsəd əgər dildə və rəftarda büruzə verərsə, kəbirə günah olar. Həsəd namazın qəbul olmasına mane olar. Həsədi büruzə vermək ədaləti aradan aparar. Nəticədə paxıl insanın şəhadəti qəbul olmaz.
Paxıl insan istəyər ki, həsəd apardığı insanın mal-dövləti və ya malik olduqları əldən getsin. Əslində bu mal-dövlət Allaha aiddir və paxıl insan İlahi nemətin aradan getməsini istəyir. O, şər istəyindədir, xeyir deyil. Beləliklə deyə bilərik ki, həsəd ən rəzil sifətlərdəndir ki, insanı ancaq şərə tərəf çəkir.
Ona görə də bu əxlaqi xəstəlikdən xilas olmaq zəruridir. Həsəd özü ilə həm cismi, həm ruhi və həm də ictimai ziyanlar gətirər. Psixoloqların nəzərinə görə həsəd xəstəliyindən xilas olmaq üçün onun köklərini və haradan qaynaqlandığını müəyən etmək lazımdır. Yəni, bu xəstəliyin kökləri harada qoyulmuşdur: ailədəmi, cəmiyyətdəmi, ya iş mühitində. Əgər onun köklərini tanısaq, həsəd üçün şərait yaradan amilləri aradan qaldırmağa çalışa bilərik.
Bu xəstəliyi müalicə etməyin yolları:
1. İnsan gərək həsədin ruha, cismə, dinə vurduğu ziyanları tanısın və öyrənsin.
2. Allah Təalaya olan elmini və mərifətini artırsın.
3. Həsədin əksinə olan rəftarlar nümayiş etdirsin.
4. Allah Təalaya dua etsin və şəfasını Ondan istəsin.
Loğman oğluna buyurur: “Paxılın üç nişanəsi vardır: insanın arxasından qeybət edər, yaltaqlıq edər, başqalarının çətinliyinə sevinər”.
İmam Əli (ə) buyurur: “Paxıl tez əsəbləşər, kini gec ürəyindən çıxar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Öz ehtiyaclarınızı yerinə yetirmək üçün gizli işlərdən yardım alın. Çünki hər bir nemət sahibi həsədə tuş gələr”.
İmam Əli (ə) buyurur: “Həsədə afərin olsun! Necə də ədalətli peşədir. Hər şeydən əvvəl sahibini öldürər”.
İmam Sadiq (ə) buyurur: “Altı (sifət) mömində yoxdur: çətinliyə salmaq, xeyir verməmək, həsəd aparmaq, tərslik etmək, yalandan danışmaq və təcavüz etmək”.
İmam Əli (ə) buyurur: “Həsəd bədəni cürüdər və əlil edər”.
Bu nurani hədislərdən də görüdüyü kimi, həsəd qorxulu bir xəstəlikdir və insanın həm bu dünyasını və həm də axirətini məhv edə bilər. Bu xəstəliyi müəyyən edək və onu müalicə etməyə çalışaq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter