İmam Məhəmməd Təqi (ə)-dan iki nəsihətyönlü hədis yazın?


Həzrət Məhəmməd Təqi ələyhis-salam buyurub:

* Səbri yastıq et, yoxsulluğu qucaqla, şəhvətləri at uzağa, həvayi-nəsfə qarşı çıx! Bil ki, Allahın gözü qarşısındasan. Elə isə bax gör necəsən?!

* Üç şey var ki, hər kəs ona riayət etsə peşiman olmaz;
1.Tələsməkdən çəkinmək
2. Məsləhət etmək
3. Qərara gələn zaman Allaha təvəkkül etmək

* Can və malımız Allahın xoş bəxşişləri və Onun tapşırdığı borcudur. Ondan istifadə etsək sevincə səbəb olar. Onların (geri) alınması, əcr və savabdır. Elə isə hər kəsin qərarsızlığı onu səbrinə qalib olsa, əcri zay olar və ondan Allaha pənah!
* Bir işlə üzləşən şəxs onu xoşlamasa, elə bil ki, orada qaib kimidir. Hər kəs bir işi etməsə lakin onunla razılaşsa orada hazır kimidir.

* Üç şey var ki, adamı Allahın rizvanına çatdırır;
1. İstiğfarın çoxluğu
2. Yumşaqxasiyyətlilik
3. Çoxlu sədəqə vermək


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter