Paltaryuyan maşın paltarı pak edərmi?


Cavab 1: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pakdır. İstər paltarları yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra yumağa başlasın. Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
http://fetva.313news.net/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter