Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?
Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?
Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.
Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r.), \"Tovzihul-məsail\",məs.153
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.174
Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, \"Tovzihul-məsail\",məs.154
Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, \"Tovzihul-məsail\",məs.158
Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.147
http://fetva.313news.net/