Əməllərin savabına nisbətdə dəniz dəyərində olan əməl hansıdır?
İmam Baqir (ə) buyurur: “Əmr be-məruf və nəhy-əz-munkər - iki mühüm və böyük İlahi vacibatdır ki, o ikisinin vasitəsilə başqa İlahi vacibatlar yerinə yetirilər. İnsanların qazancları halal, insanların haqqı təmin olunan, diyarları abad və düşməndən intiqam alınmış olar. Bütün işlərin möhkəmliyi bu iki əsasın yerinə yetirilməsindən asılıdır”. (Tebyan)
Əmr-be-məruf və nəhy-əz-munkər İslam dininin iki vacibatlarındandır. Məsumlarımız (ə) bu İlahi vacibatın yerinə yetirlməsini çox vurğulamışdılar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əmr-be-məruf və nəhy-əz-munkəri yerinə yetirərsə, yer üzərində Allahın canişini və ümməti arasında Rəsulunun (s) canişini olar”.
Əmirəl-möminin (ə) buyurur: “Bütün yaxşı işlər - hətta Allah yolunda cihad belə, əmr-be-məruf və nəhy-əz-munkər qarşısında geniş dəniz qarşısında olan bir damcı su kimidir”.
İmam Sadiq (ə) buyurur: “Allah Təala dini olmayan zəif möminə nifrət edər”. Soruşurlar ki, o, kimdir? Buyurur: “O kəs ki, nəhy-əz-munkər etməz”.
Bu hədislərdən göründüyü kimi əmr-be-məruf və nəhy-əz-munkər o qədər mühüm mövzulardır ki, onu yerinə yetirməmək imansızlığa qədər gətirib çıxardar və insanı dinsiz qoyar. Yəni, o kəslər ki, bu İlahi vacibatı yerinə yetirməz, əslində din və imanları zəifdir. Baxmayaraq ki, başqa vacibatları ən gözəl şəkildə yerinə yetirsə belə.
İmam Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətdə buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin ki, cəmiyyətin pis və şər insanları sizə hakim olar. O zaman nə qədər dua etsəniz, yerinə yetməz”.
İmam (ə) buyurur ki, əgər cəmiyyətdə bu vacibatı tərk etsələr, iki pis nəticəsi olar: biri budur ki, cəmiyyətin pis insanları yaxşıların üzərində hakim olar. Bütün işlərin idarəsi onların əlinə keçər. Başqa bir tərəfdən isə hər nə qədər dua etsələr, duaları yerinə yetməz.
Quranın nəzərinə görə qadınlar da kişilər kimi bu İlahi vacibatı yerinə yetirməlidir. Həzrət Zəhra (s.ə) da əziz atasının rehlətindən sonra bu vacibatı gözəl şəkildə yerinə yetirirdi. O, bu İlahi vacibatı yerinə yetirən zaman 5 yoldan istifadə edərdi: Quran ayələrinə istinad edərdi, əqli dəlillərə istinad edərdi, küsər və sükut edərdi, hədələyər və xəbərdarlıq edərdi və ifşa edərdi.
Qurana istinad edən zaman buyurmuşdu: “Vay olsun dünya dostlarına! Niyə qoymadılar ki, haqq öz mərkəzində qalsın. Xəlifəlik də nübuvvət sütununda fırlansın. Çünki onlar xilafəti Cəbrayilin (ə) nazil olduğu evdən başqa yerə apardılar. Din və siyasət məsələlərindən agah olan Əlidən (ə) haqqı aldılar”.
Sonra Xanım (s.ə) bu dediklərini təsdiq edən Quran ayələrini “Əraf”, “Zumər”, “Rəd”, “Kəhf” surələrindən söylədi.
Bu İlahi vacibat ailədə də həyata keçməlidir. Bəzən valideynlər belə düşünür ki, ailənin ehtiyacları ancaq yeyəcək, geyəcək və yaşamaq üçün yerdir. Lakin başqa ehtiyaclardan qafil olurlar. Bəzən yaxşını pisdən ayırmaq çətin olur. Bu iki əsası övladlara valideyn tanıtmalıdır. Bədənlərini qidalandırdıqları kimi, ruhlarını da qidalandırmalıdırlar.
“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6).
Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Arvad və uşağımı cəhənnəm atəşindən necə xilas edim?”. Həzrət (ə) buyurur: “Onları o şeyə əmr et ki, Allah əmr etmişdir. O şeydən nəhy et ki, Allah nəhy etmişdir. Əgər itaət etsələr, sən onları qorumuş olarsan, vəzifənə əməl etmisən. Əgər itaətsizlik etsələr, özləri günahkardılar. Sən öhdəndə olana əməl etmisən”.
Bu İlahi vacibatı heç bir yerdə və heç bir zaman unutmayaq və onu tərk etməyək. Çünki onun sayəsində dinimiz ayaqda qala bilər. Deyerler.org